Naxçıvanda Miniatür Kitab Muzeyinin filialı açıldı
Məmməd Səid Ordubadi adına Naxçıvan
Muxtar Respublika Kitabxanasında Miniatür
Kitab Muzeyinin filialının açılış
mərasimi keçirilmişdir.
Mərasimdə Naxçıvan MP Ali Məclisi Aparatının
rəhbəri Əli Həsənov çıxış
edərək bildirmişdir
ki, bu gün
bütün sahələr
kimi kitabxanalar da qayğı ilə əhatə olunub. Bu mədəniyyət
mərkəzləri yeni
kitablarla zənginləşdirilir,
onların maddi-texniki bazaları yaxşılaşdırılır,
elektron kitabxanalar yaradılır.
Bu da milli mədəni irsimizin qorunaraq gələcək nəsillərə çatdırılmasına,
kitabxana xidmətinin
forma və məzmunca
müasirləşməsinə səbəb olub. Artıq yaradılan
elektron kataloq sistemi və internet saytı vasitəsilə kitabxana fondunun qeydiyyatını aparmaq, oxucuların sayını və maraq dairəsini
müəyyənləşdirmək, ədəbiyyat fondunu oxucu sorğusuna uyğun komplektləşdirmək
və yeniləşdirmək
mümkündür. Diqqətə çatdırılıb ki,
150 minə yaxın kitab fondu olan
kitabxanada 4 bölmə
və 10 şöbə
fəaliyyət göstərir.
Burada artıq Miniatür Kitab Muzeyinin filialı da öz işinə başlayıb.
Naxçıvan MR Ali Məclisi Sədrinin tapşırığı ilə
yaradılan filial öz
tərtibatı ilə
fərqlənir. 31 ölkədə
çapdan çıxan
1090 miniatür kitab 12
vitrində nümayiş
etdirilir. Vitrinlərdə xüsusi işıqlandırma
sistemi quraşdırılıb.
Burada elektron kartotekanın aparılması məqsədilə
zəruri şərait
yaradılılb. Bundan əlavə,
otaqda miniatür kitabların asanlıqla oxunması üçün
şriftləri verilən
rejimdə böyüdən
xüsusi aparat da qoyulub.
Tədbirdə bildirilib ki, müasir dövrdə mədəniyyət nümunəsi
kimi dəyərləndirilən
miniatür kitablar geniş yayılıb və populyarlıq qazanıb. Bu nəşrlər
təkcə məlumat
və bilik vermək, mütərəqqi
ideyalar yaymaq vəzifəsini daşımır.
Həcmcə kiçik olsalar
da, böyük dəyərə malik miniatür kitablar kütləvi satış
üçün nəzərdə
tutulmur, onlar xüsusi kitabxanalarda, muzeylərdə, sərgilərdə
nümayiş etdirilir.
Əminik ki, filialda toplanan kitablar tədqiqatçılar və
oxucular üçün
faydalı olacaqdır.
Naxçıvan MR Ali Məclisi Aparatının
rəhbəri Əli Həsənov muzey filialının ərsəyə
gəlməsində xüsusi
xidmətləri olan Azərbaycan Miniatür Kitab Muzeyinin təsisçisi, əməkdar
mədəniyyət işçisi
Zərifə Salahovaya
muxtar respublikanın bütün oxucuları adından minnətdarlığını
bildirib.
Naxçıvan MR Yazıçılar Birliyinin
sədri Asim Əliyev qeyd edib ki, muxtar
respublikada başqa sahələr kimi mədəniyyət həyatımız
da intibah dövrünü yaşayır. Qədim
diyarımızın tarixi
keçmişi ilə
bağlı kitabların
nəşri, Naxçıvanda
beynəlxalq səviyyəli
elmi konfransların, simpoziumların keçirilməsi,
görkəmli şəxsiyyətlərin
yubileylərinin qeyd edilməsi, şair və yazıçıların,
elm, maarif xadimlərinin
ev-muzeylərinin yaradılması
bir daha təsdiq edir ki, Naxçıvan bu gün öz
inkişafının yeni
mərhələsinə qədəm
qoyur. Naxçıvan
MR Ali Məclisi Sədrinin
tapşırığı ilə Məmməd Səid Ordubadi adına respublika
kitabxanasında Miniatür
Kitab Muzeyinin filialının yaradılması
həyata keçirilən
tədbirlərin davamı
kimi hamımızda böyük qürur və sevinc hissi doğurub.
Tədbirdə çıxış edən
Azərbaycan Respublikası
Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə bildirib ki, Naxçıvan çox müqəddəs
torpaqdır. 1969-cu ildən
etibarən burada böyük işlər görülür. Bu gün hər bir naxçıvanlı ulu öndərin yolunu böyük məhəbbətlə davam
etdirir.
Dilarə Seyidzadə miniatür kitab işi, onların nəşri, Miniatür Kitab Muzeyinin təsisçisi Zərifə Salahovanın bu sahədəki fəaliyyəti barədə danışıb. “Azərbaycanda miniatür kitab nəşri, onların toplanılması Zərifə Salahovanın adı ilə bağlıdır” - deyən D.Seyidzadə ulu öndərin Z.Salahovanın bu sahədəki fəaliyyətinə yüksək qiymət verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Respublika Kitab Cəmiyyətinin sədri, Azərbaycan Miniatür Kitab Muzeyinin təsisçisi Zərifə Salahova çıxış edərək bildirib ki, bu gün miniatür kitablar dünyanın müxtəlif ölkələrində çap olunub yayılsa da, bu muzey ilk dəfə Azərbaycanda yaradılıb. Dünyada yeganə olan muzeydə 66 ölkədə çap olunan 7 mindən çox miniatür kitab toplanıb.
Zərifə Salahova Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə miniatür kitab hazırladığını da söyləyib. Diqqətə çatdırıb ki, bu il sentyabrın 29-da Naxçıvanda həmin kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə xüsusi vurğulanıb ki, Zərifə Salahovanın şəxsi kolleksiyasının Ginnesin Rekordlar kitabına düşəcəyi gözlənilir.
Sonra qonaqlar
Miniatür Kitab Muzeyinin Naxçıvan filialı ilə
tanış olublar.
Azərbaycan.-2014.- 20 dekabr.- S.12.