Azərbaycan Respublikasının Vergi Məcəlləsində

 dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹8, I kitab, maddə 583; 2001, ¹7, maddə 454, ¹9, maddə 576, ¹12, maddə 734; 2002, ¹5, maddə 249, ¹12, maddə 707; 2003, ¹8, maddə 425, ¹12, I kitab, maddə 671; 2004, ¹1, maddə 1, ¹11, maddə 887, ¹12, maddə 980; 2005, ¹2, maddə 61, ¹8, maddə 688, ¹12, maddə 1081; 2006, ¹12, maddələr 1005, 1026; 2007, ¹1, maddə 4, ¹6, maddə 597, ¹8, maddə 745, ¹11, maddə 1053, ¹12, maddə 1192; 2008, ¹7, maddə 602, ¹11, maddə 960; 2009,  ¹7, maddə 506; 2011, ¹1, maddə 14, ¹7, maddələr 588, 603, ¹12, maddə 1115; 2012, ¹6, maddələr 500, 513, ¹7, maddə 652, ¹ 9, maddə 841, ¹12, maddə 1226; 2013, ¹2, maddə 91, ¹4, maddə 366, ¹11, maddə 1278, ¹12, maddə 1486; 2014, ¹2, maddə 98, ¹7, maddə 770) 34.2-ci maddəsinin birinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. birinci cümləyə “müddətində” sözündən sonra “(fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla)” sözləri əlavə edilsin.

2.  aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilirmüvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 28 noyabr 2014-cü il

Azərbaycan.-2014.- 21 dekabr.- S.1.