“Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 1, maddə 8; 2005, ¹ 1, maddə 1, ¹ 8, maddə 700; 2006, ¹ 2, maddə 70; 2008, ¹ 2, maddə 49; 2010, ¹ 4, maddə 265; 2012, ¹ 1, maddə 2, ¹ 7, maddə 651; 2013, ¹ 12, maddə 1479; 2014, ¹ 2, maddə 78, ¹ 7, maddə 769; Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1078-IVQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 5-1.2-ci maddədə “bu qanunun 5.4.1-ci maddəsində nəzərdə tutulmuş təsis sənədləri” sözləri “nizamnamə” sözü ilə əvəz edilsin.
2. 5-1.3-cü maddədə “bu qanunun 5.4.1-ci maddəsində nəzərdə tutulmuş cəmiyyətin təsis sənədləri” sözləri “nizamnamə” sözü ilə, “onları” sözü “onu” sözü ilə əvəz edilsin.
3. 13.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“13.4. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarışı hüquqi şəxsin, onun filial və nümayəndəliyinin fərdiləşdirilməsi üçün əsasdır.”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 28 noyabr 2014-cü il
Azərbaycan.-2014.- 21 dekabr.- S.2.