“Ölçmələrin vəhdətinin
təmin edilməsinin dövlət tənzimlənməsinə
aid olan ölçmələrin
siyahısı, həmin
ölçmələrə dair məcburi
metroloji tələblər, o cümlədən dəqiqlik göstəriciləri”nin
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 391 Bakı
şəhəri, 16 dekabr 2014-cü il
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 409 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 942 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin siyahısı, həmin ölçmələrə dair məcburi metroloji tələblər, o cümlədən dəqiqlik göstəriciləri” təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 21 dekabr.- S.2.