Yaponiyanın İmperatoru
Əlahəzrət Akihitoya
Əlahəzrət,
Yaponiyanın
milli bayramı – Təvəllüd gününüz
münasibətilə Sizə və Sizin simanızda
bütün xalqınıza şəxsən öz adımdan
və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
və xoş arzularımı yetirməkdən məmnunluq
duyuram.
Belə
bir əlamətdar gündə Sizə möhkəm cansağlığı
və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülh və
firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 19 dekabr 2014-cü il.
Azərbaycan.-2014.- 23 dekabr.- S.1.