“Azərbaycan
Respublikasının dövlət büdcəsinin tərkibində
“Avtomobil yolları” Məqsədli Büdcə
Fondunun yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli
1729 nömrəli Sərəncamında dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 10, maddə 870) 2.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilsin:
“2.7. dövlət büdcəsindən ayrılan vəsait.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu sərəncam 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2014-cü il
Azərbaycan.-2014.- 24 dekabr.- S.3.