Azərbaycan Respublikasında 2015-ci il

 üçün yaşayış minimumu haqqında

 

Azərbaycan  Respublikasının Qanunu

 

Azərbaycan Respublikası Konstitusiyasının  94-cü maddəsinin I hissəsinin 16-cı  bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği

2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 28 noyabr 2014-cü il

Azərbaycan.-2014.- 23 dekabr.- S.2.