Azərbaycan Respublikasında 2015-ci il
üçün ehtiyac
meyarının həddi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Maddə 1. Ehtiyac meyarının həddi
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2015-ci il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilsin.
Maddə 2. Qanunun qüvvəyə minməsi
Bu qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 28 noyabr 2014-cü il
Azərbaycan.-2014.- 23 dekabr.- S.2.