Aqrar islahatların bəhrəsi

 

Kənd təsərrüfatı məhsullarına olan daxili tələbatı yerl

i istehsal hesabına ödəmək Azərbaycanın

müasir aqrar siyasətinin əsas hədəfidir

 

Cənab İlham Əliyev prezidentliyinin ilk ilində aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan etmiş və ölkənin aqrar siyasətinin əsas məqsədinin əhalinin ərzaq təhlükəsizliyinin tam yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsi olduğunu önə çəkmişdir. Bu məsələni dövlət başçısı Nazirlər Kabinetində keçirdiyi bütün iclaslarda, digər görüş və müsahibələrində dönə-dönə vurğulamış və aqrar bölmənin inkişafı ilə bağlı mühüm sənədlər imzalamışdır.

Ərzaq təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin tərkib hissəsidir və onun bazasını kənd təsərrüfatı təşkil edir. Kənd təsərrüfatının siyasi əhəmiyyəti və dövlətin varlığında oynadığı rolu haqqında hələ XVIII əsrdə yaşamış fransız yazıçısı və mütəfəkkiri, bəstəkarı və botaniki Jan-Jak Russo belə demişdir: “Dövləti müstəqil saxlamağın yeganə vasitəsi kənd təsərrüfatıdır. Dünyanın bütün var-dövlətinə malik olsan da, əgər yeməyə bir şeyin yoxdursa, onda sən başqasından asılı olursan. Ticarət var-dövlət yaradırsa, kənd təsərrüfatı azadlığı təmin edir”. Göründüyü kimi, kənd təsərrüfatı iqtisadiyyatın real sektoru olmaqla yanaşı, həm də böyük siyasi əhəmiyyəti olan sahədir. Bundan başqa, nəzərə almaq lazımdır ki, Azərbaycanda əhalinin 47 faizi kənddə yaşayır və qabiliyyəti olanların 39 faizi kənd təsərrüfatı sahəsində çalışır. Bu da onu göstərir ki, kənd təsərrüfatı istehsal sahəsi olmaqla yanaşı, həm də ölkə əhalisinin böyük bir qisminin həyat tərzi olduğu üçün güclü sosial əhəmiyyət kəsb edir. Məhz kənd təsərrüfatının iqtisadi, siyasisosial əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyev ölkəmizdə kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı ilə yanaşır.

Onu da qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın mühüm sahəsi olan aqrar bölməni yüksək qiymətləndirirdi. Ulu öndər 1969-cu ildə respublikaya rəhbərlik etməyə başlayanda Azərbaycan kənd təsərrüfatının inkişafına görə keçmiş İttifaqda geridə qalanlar sırasında idi. Lakin Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi uğurlu iqtisadi siyasət, göstərdiyi əzmkarlıq, tələbkarlıq və yüksək idarəetmə qabiliyyəti sayəsində respublikada aqrar sənaye kompleksinin hər üç sahəsi müasir tələblər səviyyəsinə çatdırıldı və dinamik inkişafa başlanıldı. Belə ki, aqrar sənaye kompleksinin kənd təsərrüfatı sektorunda ümumi istehsalın inkişafı ilə yanaşı, Azərbaycanda aqrar maşınqayırma sənayesi, mineral gübrə, aqrokimyəvi maddələr, kənd təsərrüfatı avadanlıqları və vasitələri istehsalı təşəkkül tapdı, kənd təsərrüfatı məhsullarının emalı üçün yeni ət, süd kombinatları, meyvə və tərəvəz konservləri zavodları tikildi, mövcud olanlar modernləşdirildi. Kənd ərazilərinin qaz, işıq, su, rabitə, yol və digər sosial infrastruktur obyektlərlə təminatı genişləndi. Bütün bunlar Azərbaycanın geridə qalan aqrar respublikadan aqrar sənaye kompleksinə malikmüasir sosial infrastrukturlu kəndləri olan regiona çevrilməsini təmin etdi. Bu, həm də indiki inkişafımızın möhkəm təməli idi.

Təəssüf ki, aqrar bölmədə yaradılan bu möhtəşəm potensial keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərin əvvəlində respublikamıza səriştəsiz rəhbərlik nəticəsində dağılmağa başladı və iqtisadiyyatın digər sahələrində olduğu kimi, kənd təsərrüfatında da tənəzzül baş verdi. Bu tənəzzülün qarşısı isə ulu öndərin xalqın təkidli tələbi ilə 1993-cü ildə müstəqil Azərbaycanın siyasi hakimiyyətinə qayıdışından sonra alındı. Onun rəhbərliyi və iştirakı ilə 1995-ci ildə suveren Azərbaycanın yeni Konstitusiyası qəbul olundu. Konstitusiyada ölkəmizdə iqtisadiyyatın bazar münasibətləri əsasında inkişaf etməsinin nəzərdə tutulması kənd təsərrüfatını əvvəlki qaydada, yəni, inzibati-amirlik metodu ilə idarə edilməsinin mümkün olmadığını və islahatların aparılmasının vacibliyini zəruri etdi. Bu məqsədlə islahatların hüquqi bazasını yaratmaq üçün Azərbaycan Respublikasının Milli Məclisi 1995-ci ildə “Aqrar islahatın əsasları haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında”, 1996-cı ildə isə “Torpaq islahatı haqqında” qanunlar qəbul etdi. Həmin qanunların icrasını təmin etmək üçün Azərbaycan Prezidenti müvafiq fərmanlar və sərəncamlar imzaladıqdan sonra mövcud qanunvericiliyə əsaslanaraq ölkədə qısa müddətdə MDB məkanında analoqu olmayan torpaq islahatı həyata keçirildi. Torpaqların 20 faizi xüsusi mülkiyyətə verildi və mülkiyyətçilər müxtəlif hüquqi formalı təsərrüfatlar yaradaraq bazar iqtisadiyyatının tələblərinə uyğun sərbəst fəaliyyət göstərməyə başladılar. Bununla da, Azərbaycanda müasir aqrar siyasətin əsası qoyuldu.

Prezident İlham Əliyev bünövrəsi ulu öndər tərəfindən qoyulan həmin aqrar siyasəti 11 ildən çoxdur ki, uğurla davam etdirir. Bu istiqamətdə həyata keçirilən tədbirlər aqrar sahədə sahibkarlar üçün əlverişli fəaliyyət mühitinin yaradılmasına, fermerlərin dövlət qayğısı ilə əhatə olunmasına, onların gəlirinin artırılmasına və rəqabətə davamlı kənd təsərrüfatı məhsulları istehsalının dinamik artımına yönəlib. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının 2001-ci ildən başlayaraq torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi müddəti 2018-ci ilin sonuna kimi uzadılıb. Bunun nəticəsində fermerlərin 2001-2013-cü illərdə dövlət büdcəsinə ödəməli olduqları 1 milyard 500 milyon manat vəsait onların öz sərəncamında qalaraq istehsalın genişlənməsinə yönəldilib. 2007-ci ildən isə əkin sahəsinin və çoxillik əkinlərin becərilməsinə sərf olunan yanacaqmotor yağları, mineral gübrələr, habelə toxumçuluğu və damazlıq işini yaxşılaşdırmaq üçün fermerlərə dövlət büdcəsindən subsidiyalar ödənilir. Bundan başqa, kənd təsərrüfatı istehsalçılarına digər istiqamətlər üzrə birbaşa və dolayı subsidiyalar verilir və güzəştlər tətbiq edilir. Dövlətin kənd təsərrüfatına və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanlara gündəlik qayğısı və diqqəti nəticəsində 2007-2013-cü illərdə yalnız yanacaqmotor yağlarına, buğda və çəltik əkinlərinə, mineral gübrələrə və reproduksiyalı toxumlara və tinglərə görə büdcədən 776 milyondan çox subsidiya verilmişdir. Bu, orta hesabla ildə hər hektar əkin sahəsinə 74 dollar təşkil edir və MDB məkanında ən yüksək göstəricidir. Aqrar bölmədə dövlətin həyata keçirdiyi belə stimullaşdırıcı tədbirlər sayəsində ölkəmizdə 2003-2013-cü illərdə istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi dinamik artmışdır. Təkcə 2013-cü ildə 5245 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da 2003-cü ilə nisbətən 3,6 dəfə çoxdur.

Prezident İlham Əliyevin formalaşdırdığı müasir aqrar siyasətin əsasını kənd təsərrüfatı məhsulu istehsalçılarına subsidiyalar verilməsi ilə yanaşı, istehsalın modernləşdirilməsi təşkil edir. Bu məqsədlə yeni texnikatexnologiyalar tətbiq olunur və məsələnin həlli üçün məhsul istehsalçılarının maliyyə imkanlarının məhdudluğu nəzərə alınaraq onlara güzəştli kreditlər ayrılır. Hazırda fermerlərə güzəştli kreditlər Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilir. Məsələn, adıçəkilən dövlət xidməti 2007-2013-cü illərdə fermerlərə 85 milyondan çox güzəştli kredit vermişdir ki, bunun da nəticəsində 58 rayonda 6819 yeni yeri açılmışdır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2009-2013-cü illərdə aqrar sektorun inkişafı ilə bağlı 11403 investisiya layihəsinin maliyyələşməsinə 626 milyon manat güzəştli kreditlər verilmişdir. Bu da həmin dövrdə verilən cəmi kreditlərin 71,5, investisiya layihələrinin 95 faizini təşkil edir. Həmin kreditlər hesabına 40 quşçuluq təsərrüfatı, 40 soyuducu anbarı, 21 taxıl anbarı, 16 heyvandarlıq, 30 istixana kompleksləri, 26 çörək zavodu, 12 meyvə-tərəvəz emalı müəssisəsi, 7 ət və 7 süd emalı müəssisəsi, 14 üzümçülük və 14 bağçılıq təsərrüfatları, 3 quru meyvə istehsalı müəssisəsi yaradılmışdır. Belə mühüm tədbirlərin həyata keçirilməsi onu göstərir ki, ölkəmizdə tətbiq olunan aqrar siyasət yalnız kənd təsərrüfatı məhsulu istehsalının artımına yox, həm də aqrar-sənaye kompleksinin digər bölməsi olan məhsul tədarükü, emalı və satışının da inkişafına yönəlmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti də ölkədə kənd təsərrüfatının inkişafına böyük töhfələr verir. ASC tərəfindən 2005-2012-ci illərdə dövlətin ayırdığı 519 milyon manat hesabına müxtəlif növ kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, mineral gübrələr, damazlıq heyvanlar alınaraq lizinq yolu ilə aqrar sahədə çalışan hüquqifiziki şəxslərə verilmiş, 55 rayonda aqroservis filialları yaradılmış, 6 regional logistik gübrə bazası istifadəyə verilmişdir. Nəticədə kənd təsərrüfatının müasir texnika ilə təminatı xeyli yaxşılaşmış və aqrotexniki tədbirləri vaxtında yerinə yetirmək üçün əlverişli imkanlar yaranmışdır. Kənd təsərrüfatı emalı müəssisələrinin yüksək tələblərə cavab verən texnoloji avadanlıqlarla təchiz olunması da ölkəmizdə rəqabətqabiliyyətli məhsullar istehsalını təmin etmişdir.

Azərbaycanda formalaşan müasir aqrar siyasətin mühüm istiqamətlərindən biri də ölkəmizdə kənd təsərrüfatının inkişafında iri təsərrüfatların yaradılmasına xüsusi diqqətin olmasıdır. Məhz iri təsərrüfatlarda yüksək məhsuldar bitki sortları və heyvan cinsləri, yeni müasir texnikatexnologiyalar tətbiq etmək üçün əlverişli şərait yaranır ki, bu da əmək məhsuldarlığını artırmağa və rəqabətqabiliyyətli məhsul istehsalına imkan verir. İri təsərrüfatların yaradılması ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, respublikamızın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq istəyi ilə əlaqədar daxili bazarı qorumaq baxımından da böyük əhəmiyyət kəsb edir. Heç kəsə sirr deyil ki, Azərbaycanda bu gün əsasən taxıl, süd və balıq məhsullarına tələbatın ödənilməsində idxaldan asılılıq var. Bunu nəzərə alan Prezident əkin dövriyyəsində olmayan torpaqları cəlb etməklə 50 iri taxılçılıq təsərrüfatı yaradılması barədə tapşırıq vermişdir. Artıq bu istiqamətdə konkret işlər görülür və həmin işlərin nəticələri göz qabağındadır. 2012-ci ildə Ağcabədi rayonunda fəaliyyətə başlayanQarabağ taxıl” MMC hər hektardan 55 sentnerdən çox buğda məhsulu əldə edir. Bir neçə rayonda istifadəyə verilmiş südçülük komplekslərində hər inəkdən 6-7 min litr süd sağılır. Belə yüksək məhsuldarlıq hələ respublikamızın tarixində müşahidə olunmamışdır. Belə təsərrüfatların sayının artırılması ölkəmizdə kənd təsərrüfatının intensiv inkişafını təmin edəcək, taxıla və süd məhsullarına olan tələbatın tamamilə yerli istehsal hesabına təmin edilməsində mühüm əhəmiyyət kəsb edəcək.

Prezident İlham Əliyev beynəlxalq təcrübəyə əsaslanaraq iri təsərrüfatların yaradılmasında kənd təsərrüfatı kooperativlərinin əhəmiyyətini də yüksək qiymətləndirir. Kooperativlərin yaradılması ölkəmizin mövcud qanunvericiliyində nəzərdə tutulsa da, bu sahəyə müvafiq dövlət dəstəyinin zəif olması kooperasiyanın inkişafını təmin etmək üçün yetərli deyil. Bunu nəzərə alaraq dövlət başçısı 2014-cü il 16 aprel fərmanında kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsini hazırlamaq tapşırığı vermişdir. Yaxın aylarda bu qanunun qəbul edilməsi ölkəmizdə kooperasiyanın genişlənməsi üçün əlverişli imkanlar yaradacağı şübhəsizdir.

Bunlardan əlavə, balıq və balıq məhsullarının artırılması və bu məhsullara olan tələbatın ödənilməsi üçün “Balıqçılıq haqqında” qanuna cari ilin avqust ayında dəyişikliklər edilmişdir. Dəyişikliklərdə akvakulturanın inkişafını təmin edən maddələr əks olunmuşdur. Bununla, sahibkarlara özəl balıqçılıq təsərrüfatları şəbəkəsini genişləndirməyə və onlardan səmərəli istifadə etməklə balıq və balıqçılıq məhsulları istehsalını artırmağa əlverişli şərait yaranmışdır.

Kənd təsərrüfatının intensiv inkişafı torpaqların münbitliyisu ilə təminatı ilə sıx bağlı olduğu üçün müasir aqrar siyasətdə meliorasiyairriqasiya məsələlərinə xüsusi diqqət verilir. Dövlət büdcəsinin vəsaiti hesabına Taxtakörpü su anbarının, Taxtakörpü-Ceyranbatan kanalının, Vəlvələçay-Taxtakörpü kanalının tikintisinin bu il başa çatması Quba-XaçmazAbşeron iqtisadi rayonlarında on min hektarlarla torpaq sahəsinin suvarılmasını yaxşılaşdırmağa və suvarılan yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsinə imkan verəcək. İrriqasiya tədbirləri ilə yanaşı, meliorasiya işlərinin genişləndirilməsi də həmişə dövlət başçısının qayğısı ilə əhatə olunmuşdur. Belə ki, Prezidentin 16 aprel 2014-cü ildə imzaladığı fərmanda “MeliorasiyaSu Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb ki, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə torpaqların münbitliyinin qorunması və artırılması, şoranlaşmış və şorakətləşmiş, eroziyaya uğramış torpaqların sağlamlaşdırılması tədbirlərini ölkədə aparılan iqtisadi strategiyaya uyğun olaraq müvafiq proqramlar əsasında həyata keçirsin.

Prezident aqrar-sənaye kompleksinin bütün bölmələrinin inkişaf etdirilməsini ölkədə həyata keçirilən aqrar siyasətin əsas prinsipi kimi qiymətləndirir. Kənd təsərrüfatının inkişaf etdiyi ölkələrin təcrübəsi göstərir ki, aqrar bölməyə bu prinsipdən yanaşma tamamilə özünü doğruldur və rəqabətqabiliyyətli məhsul istehsalını təmin edir. Bu prinsipə uyğun olaraq Azərbaycanda kənd təsərrüfatı maşınqayırma sənayesinin və mineral gübrə istehsalının təşkilinə diqqət artırılmışdır. Artıq Sumqayıtda azot gübrəsi istehsalı zavodunun tikintisinə başlanmış və yaxın vaxtlarda fermerlərimiz yüksək keyfiyyətli və ucuz gübrə ilə təmin olunacaqlar. Prezidentin 16 aprel 2014-cü il tarixli fərmanında isə Kənd Təsərrüfatı Nazirliyinə digər əlaqədar təşkilatlarla birlikdə respublikamızda aqroparkların yaradılması və xarici investorları cəlb etməklə kənd təsərrüfatı təyinatlı texnikanın istehsalının təşkilinə dair təkliflər hazırlanması tapşırığı verilmişdir. Bu da onu göstərir ki, Azərbaycan yaxın illərdə bir çox kənd təsərrüfatı texnikası və avadanlıqlara, habelə azot gübrəsinə olan tələbatı yerli istehsal hesabına təmin edəcək və bu sahələrdə idxaldan asılılığa son qoyulacaq.

Azərbaycanda həyata keçirilən müasir aqrar siyasətin əsas istiqamətlərindən biri də kənd ərazilərinin sosial simasını kökündən yaxşılaşdırmaqdır. Həqiqətən də, aqrar sektorun inkişafı kənd yerlərində lazımi infrastrukturun yaradılmasından çox asılıdır. Fermerlərin kənddə qalıb məhsuldar fəaliyyət göstərmələri, onların maddi-texniki təzhizatı və istehsal etdikləri məhsulları çətinlik çəkmədən satışa çıxarmaları kənd yerlərinin sosial vəziyyəti ilə sıx bağlıdır. Bu məqsədlə kəndlərdə təhsil, səhiyyə, mədəniyyət, rabitə obyektlərinin tikintisi, yaşayış məskənlərinin işıq, qaz, içməli su ilə tam təmin olunması, kəndarası yollara asfalt salınması və digər sosialyönümlü geniş işlər görülür. Bu tədbirlərin həyata keçirilməsi kəndə və kənd təsərrüfatına marağı artırmaqla yüksək ixtisaslı mütəxəssisləri aqrar sahəyə cəlb etməyə və məhsul istehsalının səmərəsini yüksəltməyə şərait yaradır.

Bütün bu tədbirlər isə ilk növbədə regionların inkişafı dövlət proqramları ilə tənzimlənir. Regionların inkişafı əslində, kəndin və aqrar sektorun inkişafı deməkdir. Regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş ilk 2 proqram (2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən dövlət proqramları) bölgələrin sosial-iqtisadi inkişafının təmin edilməsi üçün zəruri infrastrukturistehsal obyektlərinin yaradılmasını və digər vacib tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Onu da qeyd edək ki, Azərbaycanın yeni neft siyasəti sayəsində ölkəyə daxil olan vəsait sözügedən proqramlarda nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsinə imkan vermişdir.

Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş bu proqramların icrasına 10 il ərzində 50,7 milyard, o cümlədən birinci proqrama 16 milyard, ikinci proqrama 34,7 milyard manat vəsait yönəldilmişdir. Bundan əlavə, proqramlarda nəzərdə tutulmayan məsələlərin həllinə Prezidentin müvafiq sərəncamları ilə Ehtiyat Fondundan 737,4 milyon manat vəsait ayrılmışdır. Bu vəsaitlər hesabına 2708 məktəb binası, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilmişya əsaslı təmir edilmişdir. Proqramlar çərçivəsində regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilərək vətəndaşların istifadəsinə verilmişdir. Respublikayerli əhəmiyyətli yolların çəkilməsi, yenidən qurulması, təmiri, yeni körpüyol ayrıclarının tikilməsi, təmiri, poçt və rabitə şəbəkəsinin yenidən qurulması, genişləndirilməsi, habelə digər infrastruktur sahələrində böyük həcmdə işlər görülmüşdür.

Həmin illər ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş 1,2 milyard manat güzəştli kreditlərin 936 milyon manatı və ya 78 faizi, bu vəsait hesabına yeni açılmış 110 mindən çox yerinin isə 89 miniya 81 faizi regionların payına düşmüşdür. Bu isə kənd təsərrüfatının və son nəticədə regionların iqtisadi inkişafına imkan vermişdir. Bunun nəticəsidir ki, ildən-ilə yerli büdcələrə ayrılan dotasiyanın həcmi azalır. Əgər 2011-ci ildə rayonlar üzrə büdcə xərclərinin 77,1 faizini və şəhərlər üzrə 54,3 faizini (Bakı şəhəri istisna olmaqla) mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait təşkil edirdisə, gələn il üçün bu göstəricilər müvafiq olaraq 71,4 və 25,2 faiz proqnozlaşdırılmışdır.

Proqramlara uyğun həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin iqtisadiyyatı və maliyyə imkanları əsaslı surətdə möhkəmlənmiş və Azərbaycan bölgənin lider dövlətinə çevrilmişdir. Belə ki, son 10 ildə regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmət 6, regionların vergi ödənişləri isə 14,2 dəfə artmışdır.

Əldə edilən neft gəlirlərinin iqtisadiyyatın real sektoruna, o cümlədən aqrar sektorainfrastruktur layihələrinə istiqamətləndirilməsi ölkədə iqtisadiyyatın bütün sahələrinin əlaqəli inkişafını təmin edən balanslaşdırılmış iqtisadi siyasətin həyata keçirildiyini göstərir. Bu siyasətin nəticəsidir ki, 10 il ərzində ümumi daxili məhsul istehsalı 3,4, qeyri-neft sektoru 2,6, investisiyalar 6,5, əhalinin gəlirləri 6,5 dəfə artmış, yoxsulluq səviyyəsi 8,4 dəfə azalaraq 5,3, işsizliyin səviyyəsi isə 1,9 dəfə azalaraq 5 faizə enmişdir. Bu müddətdə ölkə iqtisadiyyatına ümumilikdə bütün mənbələr hesabına 160 milyard manat investisiya qoyulmuşdur. İnvestisiya qoyulmasının və ölkənin valyuta ehtiyatlarının ilbəil artması, eləcə də dövlətin xarici borcunun çox cüzi səviyyədə olması ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin düzgün istiqamətdə və çox səmərəli formada aparıldığını göstərir. Cari ilin 9 ayında ölkənin valyuta ehtiyatlarının keçən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 53 milyard manat təşkil etməsi, dövlətin xarici borcunun ümumi daxili məhsulun cəmi 8 faizi səviyyəsində olması və 2013-cü ildə iqtisadiyyata rekord məbləğdə - 28 milyard manat investisiya qoyulması bunu bir daha sübut edir.

Regionların sosial-iqtisadi inkişafına dair proqramların ölkə iqtisadiyyatında gələcək illərdə də davamlı artımın əldə olunmasında mühüm rolu nəzərə alınaraq Prezidentin 2014-cü il 27 fevral tarixli fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Yeni - 3-cü proqramın icra edilməsi perspektivdə ümumi daxili məhsulun artımının əsasən qeyri-neft sektorunun inkişafı hesabına əldə olunmasına imkan verəcək. Bu isə ölkəmizdə sosial-iqtisadi inkişafı təmin etmək üçün mövcud maliyyə ehtiyatlarının dövlət proqramları üzrə xərclənməsinin daha səmərəli iqtisadi model olduğunu təsdiq edir. Ölkəmiz bu iqtisadi strategiyanı bundan sonra da davam etdirmək niyyətindədir və Prezidentin yaxın illərdə qeyri-neft sektoru hesabına ümumi daxili məhsulu iki dəfə artırmaq barədə müəyyən etdiyi hədəfə çatmaq üçün əsas istiqamətdir. Şübhəsiz ki, bu vəzifənin öhdəsindən gəlməkdə qeyri-neft sektorunun prioriteti olan aqrar sektorun payı da çox olacaqonun daha yüksək sürətlə inkişafı təmin ediləcək.

 

Eldar İBRAHİMOV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri,

 iqtisad üzrə elmlər doktoru

Azərbaycan.-2014.- 23 dekabr.-  S.12.