Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki
məntəqəsində səs verib
Dekabrın
23-ü müstəqil Azərbaycanın tarixinə növbəti
bələdiyyə seçkiləri günü kimi daxil
olacaq. Həmin gün seçicilər seçki məntəqələrinə
gələrək qarşıdakı beş il
üçün yerli özünüidarəetmə
orqanlarına üzvlüyə layiq bildikləri namizədlərə
səs verirdilər.
Seçki
prosesinin başladığı ilk dəqiqələrdən
Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin
6 nömrəli orta məktəbdə yerləşən 6
saylı seçki məntəqəsində xüsusi canlanma
müşahidə olunurdu.
6
saylı məntəqə 667 seçicini əhatə edir. Digər
seçki məntəqələrində olduğu kimi, burada
da səsvermənin normal keçməsi üçün hər
şey nəzərə alınmışdı. Müşahidəçilər
səsvermənin gedişini izləyirdilər.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev xanımı
Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə
seçki məntəqəsinə gəldi.
Prezident
İlham Əliyev seçki bülletenini alaraq səs verdi.
Sonra Mehriban Əliyeva və ailə üzvləri də səs verdilər.
Azərbaycan.-2014.-
24 dekabr.-
S.1.