“Məşğulluq haqqında” Azərbaycan Respublikasının

 Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndini rəhbər tutaraq qərara alır:

 “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 8, maddə 522, ¹ 12, maddə 731; 2003, ¹ 1, maddə 16; 2007, ¹ 10, maddə 938; 2008, ¹ 5, maddə 341, ¹ 7, maddə 602; 2010, ¹ 11, maddə 949; 2011, ¹ 2, maddə 71, ¹ 10, maddə 884; Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1064-IVQD nömrəli Qanunu) aşağıdakı məzmunda 29.3-cü maddə əlavə edilsin:

“29.3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən bu qanunun 17.2-ci, 17.3-cü, 17.4-cü və 17.8-ci maddələrinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə həmin orqanın hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 28 noyabr 2014-cü il

Azərbaycan.-2014.- 24 dekabr.- S.2.