Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 6, maddə 416; 2004, ¹ 6, maddə 440, ¹ 9, maddə 674; 2005, ¹ 6, maddə 491, ¹ 12, maddə 1102; 2006, ¹ 7, maddə 592, ¹ 8, maddə 659; 2007, ¹ 6, maddə 615, ¹ 9, maddə 869, ¹ 10, maddə 947, ¹ 11, maddə 1106; 2008, ¹ 3, maddə 168, ¹ 8, maddə 719; 2009, ¹ 5, maddə 322, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 3, maddə 185; 2011, ¹ 2, maddə 85, ¹ 6, maddə 508, ¹ 9, maddə 791; 2012, ¹ 9, maddə 852; 2013, ¹ 5, maddə 511, ¹ 11, maddə 1320) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.18-1-ci yarımbənd əlavə edilsin:

“3.1.18-1. avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət edir;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 22 dekabr 2014-cü il

Azərbaycan.-2014.- 24 dekabr.-  S.3.