Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 326; 2008, ¹ 2, maddə 50, ¹ 4, maddə 260, ¹ 6, maddə 508; 2009, ¹ 9, maddə 687, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddələr 83, 85; 2011, ¹ 2, maddələr 85, 93; 2012, ¹ 10, maddə 955; 2014, ¹ 5, maddə 469; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 oktyabr tarixli 296 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.  8.56-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.56. Nazirliyin tabeliyində olan struktur bölmələrinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçularının və mülki işçilərinin həyat və sağlamlığının müvafiq olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq icbari qaydada sığortalanmasını təmin etmək;”;

2.   8.57-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.57. daşınmaz əmlakın (yaşayış binaları, yaşayış evləri və mənzillərin icbari sığortası istisna olmaqla) və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 22 dekabr 2014-cü il

Azərbaycan.-2014.- 24 dekabr.-  S.3.