Azərbaycan Respublikası Prezidentinin 2012- ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmişYerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

 Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 6, maddə 542; 2013, ¹ 1, maddə 29, ¹ 2, maddə 117, ¹ 3, maddə 246, ¹ 8, maddə 909, ¹ 10, maddə 1155, ¹ 12, maddə 1514; 2014, ¹ 5, maddə 477, ¹ 9, maddə 1027) ilə təsdiq edilmişYerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.9.6-1-ci yarımbənd əlavə edilsin:

“3.9.6-1. yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət edir;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 22 dekabr 2014-cü il

Azərbaycan.-2014.- 24 dekabr.-  S.3.