Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmişİnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 952-IVQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 9, maddə 872; 2008, ¹ 3, maddələr 169,186, ¹ 5, maddə 364, ¹ 6, maddələr 483, 504, ¹ 12, maddə 1057; 2009, ¹ 2, maddələr 59, 69, 73, ¹ 5, maddə 321, ¹ 6, maddə 421; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddələr 180, 184, 193, ¹ 6, maddə 494, ¹ 7, maddə 606, ¹ 8, maddələr 716, 725, ¹ 10, maddə 849; 2011, ¹ 6, maddə 512, ¹ 9, maddə 792; 2012, ¹ 3, maddə 200, ¹ 5, maddə 421, ¹ 10, maddə 951, ¹ 11, maddə 1117, ¹ 12, maddə 1238; 2013, ¹ 2, maddə 108, ¹ 4, maddələr 370, 372, 376, ¹ 9, maddələr 1045, 1059, ¹ 12, maddə 1520; 2014, ¹ 4, maddə 363, ¹ 7, maddələr 808, 809, 814, ¹ 9, maddə 1066; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli 339 nömrəli və 28 noyabr tarixli 385 nömrəli fərmanları) ilə təsdiq edilmişİnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.   2-ci hissə üzrə:

1.1.      2.1-ci və 2.2-ci bəndlərdə “151-1 - 151-3-cü” sözləri “151-1 - 151-4-cü” sözləri ilə əvəz edilsin;

1.2.      2.3-cü bəndə “151-3-cü,” sözlərindən sonra “151-4-cü,” sözləri əlavə edilsin.

2.         4.2-ci bənddən “Məcəllənin 412-ci maddəsinə uyğun olaraq həmin” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 22 dekabr 2014-cü il

Azərbaycan.-2014.- 24 dekabr.-  S.3.