Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Ağ
Şəhər”in
inşası başa çatan ofis
binası ilə tanış olub
Dekabrın
24-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ
Şəhər”in inşası başa çatan ofis
binası və “Bakı Ağ Şəhər” layihəsi
çərçivəsində görülən digər
işlərlə tanış olublar.
Müstəqilliyin ilk illərində bütün sahələr üzrə gələcək inkişafın təməlini qoyan xalqımızın ümummilli lideri Heydər Əliyev “Qara şəhər” kimi tanınan bu ərazinin paytaxtın ən gözəl guşələrindən birinə çevrilməsini prioritet vəzifələrdən biri kimi müəyyənləşdirdi. 2011-ci il dekabrın 24-də “Bakı Ağ Şəhər”in təməli qoyuldu. Ötən 3 il ərzində layihə çərçivəsində xeyli iş görüldü.
“Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına layihə çərçivəsində həyat keçirilən işlər barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, “Bakı Ağ Şəhər”in ilk landmarkı və giriş qapısı sayılan yüksək səviyyəli ofis binası artıq istifadəyə hazırdır. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb. Layihə çərçivəsində yol və kommunikasiya infrastrukturları da inşa olunmaqdadır. Tikintisi gedən 45 metr enində Xəqani Rüstəmov küçəsi Neftçilər prospektini Nobel və Babək prospektləri ilə birləşdirəcək. Metropolitenin Ağ Şəhərin ərazisindən keçəcək xəttinin tikintisinə də başlanıb. Layihədə nəzərdə tutulan 6 yeraltı piyada keçidindən 3-nün inşası davam edir. Ofis binasının yanında 360-dan çox avtomobil üçün ən müasir standartlara cavab verən parkinq də inşa olunub. “Bakı Ağ Şəhər” ofis binasının cazibədar, estetik xətləri müasir memarlığın mükəmməl nümunələrindəndir.
Prezident İlham
Əliyevə xəritə, maket və digər
əyani vasitələr əsasında layihə çərçivəsində
reallaşdırılan silsilə tədbirlər barədə
məlumat verildi. Qeyd
edək ki, yeni
yaradılan “Mənzilim” monitorinq xidməti
vasitəsilə əmlakın alınmasına dair
müqavilələrin bağlanması və digər məsələlər
operativ qaydada həllini
tapacaq. Layihənin reallaşması
zamanı Prezident İlham
Əliyevin müvafiq tapşırıq və
tövsiyələri, həmçinin “2006-2010-cu illərdə
Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı” da əsas götürülüb.
Layihənin həyata keçirilməsində əsas
məqsəd çirklənmiş torpaqların təmizlənməsi,
ərazidə beynəlxalq standartlara uyğun sosial infrastrukturun formalaşdırılması, paytaxt sakinləri və qonaqlar
üçün yeni
yaşayış, iş və istirahət
məkanlarının yaradılmasıdır. Müxtəlif
memarlıq üslublarını, ekoloji məsələləri
və Ağ Şəhərin paytaxtın
digər hissələri ilə üzvi
şəkildə qovuşmasını özündə ehtiva edən layihənin reallaşması
sırf peşəkarlara etibar edilib. Yerli şirkətlərlə yanaşı,
“Atkins”, “Un studio”, “Foster and Partners”, “F and A Architects” və digər dünya şöhrətli
şirkətlər bu
layihəyə cəlb
edilib. “Bakı
Ağ Şəhər”
layihəsi nəinki respublikamızda, eləcə
də beynəlxalq səviyyədə tanınan
layihədir. Ötən
müddətdə bu layihə “Cityscayp Global”,
“MİPİM Asia” və digər
nüfuzlu beynəlxalq
sərgilərdə “Ən
yaxşı şəhərsalma
layihəsi” və “Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi”
nominasiyalarında mükafatlara
layiq görülüb.
“Bakı Ağ Şəhər”də müxtəlif
xidmət, ticarət və əyləncə növlərini özündə
birləşdirəcək Ticarət-Əyləncə
Mərkəzi də nadirliyi ilə yanaşı, eyni zamanda, regionda sahəcə ən böyük belə obyekt olacaq və
respublikamızda turizmin
daha da genişlənməsinə
əlavə imkanlar yaradacaq.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ofisdə iş adamları üçün yaradılan
şəraitlə tanış oldular. Qeyd edildi ki, ən
müasir beynəlxalq
standartlara cavab verən yeni ofis binasını Britaniyanın məşhur
“Atkins” şirkəti layihələndirib.
Bina yerli və beynəlxalq
mütəxəssislər tərəfindən
inşa olunub. Tikinti dövründə ofis binası “BREEAM” beynəlxalq
ekoloji sertifikatına layiq görülüb.
Xatırladaq ki, “Bakı
Ağ Şəhər”
ofis binası respublikamızda və regionda “BREEAM” sertifikatına
layiq görülən
ilk və yeganə binadır. Binada ən son elmi-texniki
yeniliklərə əsaslanan
arxiv otağı da yaradılıb. Ofisdə yerləşəcək iqtisadi
qurumların səmərəli
fəaliyyəti üçün
də burada hərtərəfli şərait
var.
Prezident İlham Əliyevə məlumat verildi ki, Ağ Şəhərin
10 rayonundan 6-nın ərazisi
tamamilə təmizlənib
və inşaat işləri gedir. Layihənin icra
müddətində Ağ
Şəhərin neft
məhsulları ilə
çirklənmiş ərazisinin
böyük hissəsi
təmizlənib və
yararlı vəziyyətə
gətirilib. Hazırda bu
işləri Dövlət
Neft Şirkəti həyata keçirir.
“Bakı Ağ
Şəhər”in “Yaşıl
ada” rayonunda aparılan tikinti-quraşdırma
işləri ildən-ilə
vüsət götürür.
Burada fransız üslubunda inşa olunan 7 mərtəbəli yaşayış
binaları paytaxt sakinlərinin rahatlıq üçün üstünlük
verdikləri məkanlardan
biri olacaq. Hazırda buradakı yaşayış
komplekslərinin bəzilərində
tikinti işləri
son mərhələdədir və onlar tezliklə
hazır olacaq. Ümumi sahəsi 24 hektara çatan “Park” rayonunda da inşaatçılar səylə çalışırlar.
Burada 20 mərtəbəli hündür
yaşayış binaları
tikilir. Sahənin relyefinə uyğun
olaraq amfiteatr üslubundakı “Park” rayonundan
bulvara və Bayraq Meydanına gözəl mənzərə
açılır. Nizami parkının
yaxınlıqda yerləşməsi
də buranın gələcək sakinlərinin
istirahətlərini mənalı
keçirmələrinə əlavə imkanlar yaradacaq. Ofis binasındakı səliqə-sahman və müasirlik diqqəti çəkir.
Prezident İlham Əliyev Ağ Şəhərin sahil boyunca yerləşən
hissəsindəki tikililəri
və Ağ Şəhər bulvarını
da seyr etdi. 2011-ci ilin
payızında “Bakı
Ağ Şəhər”də
təməli qoyulan və 2014-cü il
sentyabrın 12-də açılışı
olan Fransız Liseyinin tikintisi də yüksək səviyyədə aparılıb.
Heydər Əliyev Fondunun
təşəbbüsü ilə yaradılan və respublikamızın
nümunəvi təhsil
ocaqlarından biri sayılan Fransız Liseyində şagirdlərin
yüksək səviyyədə
təhsil almaları üçün hər cür şərait yaradılıb. 2013-cü il mayın
25-də Prezident İlham
Əliyevin təməlini
qoyduğu Bakı Ağ şəhər bulvarı da dünyadakı ən qabaqcıl təcrübə
əsasında yaradılır.
Tikintisi dövlətimizin başçısı
tərəfindən mütəmadi
olaraq diqqət mərkəzində saxlanılan
həmin bulvarın uzunluğu 5 kilometr olacaq. Ağ Şəhərdə beynəlxalq səviyyəli
otellərin tikintisi də aparılır.
Artıq
“Bakı Ağ Şəhər” otelinin inşası başa çatmaq üzrədir.
Ümumi
sahəsi 52 min kvadratmetr
olacaq həmin oteldə 818 otaq var. Bu obyekt 2015-ci ildə Bakıda keçiriləcək
ilk Avropa Oyunlarının
qonaqlarını qəbul
etməyə hazır
olacaq. Otelin yaxınlığında 90 min kvadratmetr
sahəsi olacaq “Ağ Şəhər Mall”un inşasına
da başlanıb.
Prezident İlham Əliyevə inşası davam edən və tikintisi nəzərdə tutulan layihələr barədə də xəritə və eskizlər əsasında məlumat verildi. Artıq Ağ
Şəhərdə müasir
və klassik üslublu 7 mərtəbəli
yaşayış komplekslərinin
tikintisinə başlanıb.
Ağ Şəhərin ərazisini
qərb və şərq hissələrinə
ayıran, mərkəzi
prospektin ortasında yerləşən meydan da füsunkar görkəmi ilə fərqlənəcək. Ağ Şəhərin
mərkəzi rayonu sayılan Fəvvarələr
meydanında da inşaat işlərinin miqyası artmaqdadır.
Burada müasir üslublu yaşayış binalarının
tikintisinə başlanıb.
Fəvvarələr meydanının mərkəzində
1 hektar ərazini əhatə edəcək
park sakinlərin sevimli
istirahət guşəsinə
çevriləcək.
Dövlətimizin başçına Nobel prospekti
boyunca və sahil rayonunda görüləcək işlər
barədə də məlumat verildi.
Prezident
İlham Əliyev layihə ilə bağlı tapşırıq
və tövsiyələrini
verdi.
Dövlətimizin başçısı ofis binasının arxa hissəsində salınan yaşıllıq
və memarlıq nümunələri ilə
də tanış
oldu. Dünyadakı müasir şəhərsalma
meylini maksimum ehtiva edən və bitkinliyi ilə seçilən “Bakı Ağ Şəhər” layihəsi
tezliklə reallığa
çevriləcək və
paytaxtımızın gözəlliyini
daha da artıracaq.
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.-2014.- 25 dekabr.- S.2.