Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 12, maddə 1058; 2008,

¹ 11, maddə 980, ¹ 12, maddə 1069; 2010, ¹ 2, maddə 85; 2011, ¹ 2, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.  1-ci bənddə “və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmlakının yanğından icbari sığortasının həyata keçirilməsinə dövlət yanğın nəzarətini” sözləri “, daşınmaz əmlakın (yaşayış binaları, yaşayış evləri və mənzillərin icbari sığortası istisna olmaqla) və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığortalanmasına nəzarəti” sözləri ilə əvəz edilsin;

2.   8.26-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.26. daşınmaz əmlakın (yaşayış binaları, yaşayış evləri və mənzillərin icbari sığortası istisna olmaqla) və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək;”.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 22 dekabr 2014-cü il

Azərbaycan.-2014.- 25 dekabr.-  S.2.