Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il

1 may tarixli 350-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 1, maddə 36; 2004, ¹ 9, maddə 681; 2005, ¹ 2, maddə 73, ¹ 12, maddə 1109; 2006, ¹ 9, maddə 736; 2007, ¹ 3, maddə 219; 2009; ¹ 7, maddə 529, ¹ 10, maddə 777; 2010, ¹ 4, maddə 298, ¹ 7, maddə 610; 2011, ¹ 9, maddə 789. ¹ 11, maddə 1011; 2014, ¹ 2, maddə 119) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.  1.4-cü bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Şirkət illik maliyyə hesabatları ilə yanaşı, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edir.”.

2.  6.1-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Şirkət “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotu aparır, illik maliyyə hesabatlarını, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatlarını və “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.”.

3. Aşağıdakı məzmunda 6.1-1-ci bənd əlavə edilsin:

“6.1-1. Şirkət birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il iyun ayının 30-dan gec olmayaraq internet səhifəsində və dövri mətbu nəşrdə dərc etdirir, hesabat dövrü ərzində şirkət və ya onun törəmə cəmiyyətləri dövlət zəmanəti ilə kredit aldıqda və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak etdikdə, həmçinin onlara büdcədən subsidiya, subvensiya, qrantya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrıldıqda isə eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 22 dekabr 2014-cü il

Azərbaycan.-2014.- 25 dekabr.-  S.3.