Fərdi jurnalist yazıları müsabiqəsində I yerə

 layiq görülmüş media mənsubları mükafatlandırılıb

 

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media mənsublarının mükafatlandırılması mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdikləri tədbir dövlət himninin səslənməsi ilə başlayıb.

Fondun icraçı direktoru Vüqar Səfərli media nümayəndələrini Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə təbrik edərək yeni yaradıcılıq uğurları arzulayıb. O, Fondun yarandığı gündən mətbuatın maddi-texniki problemlərinin həlli, ölkə jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. Qeyd edilib ki, bu il müxtəlif mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə 10-dək fərdi jurnalist yazı müsabiqəsi təşkil olunub. Həmin müsabiqələrdən ümumilikdə 350-dən çox jurnalist bəhrələnib. Fond tərəfindən respublikamızda Azərbaycan bədii dilinin qorunması ilə bağlı 3 layihə reallaşdırılıb, müxtəlif treninqlər keçirilib.

V.Səfərli jurnalistlərə daha geniş yaradıcılıq imkanlarının verilməsi məqsədilə Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə elan etdiyi müsabiqənin keçirilməsi qaydalarında bəzi əlavə və dəyişikliklər edildiyini diqqətə çatdırıb. Belə ki, müsabiqə mövzuları Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında jurnalistlərin özləri tərəfindən sərbəst şəkildə müəyyənləşdirilib. Bu da müsabiqəyə təqdim olunan yazıların rəngarəngliyinə müsbət təsir göstərib.

Məlumat verilib ki, müsabiqəyə 58 kütləvi informasiya vasitəsindən 154 yazı təqdim edilib. Bu yazılar 13 ekspert tərəfindən qiymətləndirilib və Fondun Müşahidə Şurasının qərarı ilə 57 redaksiyanı təmsil edən 114 jurnalist qalib elan olunub. Onların 19 nəfəri birinci yerə layiq görülüb. Azərbaycanda medianın inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə bütün jurnalistlər adından minnətdarlığını bildirən icraçı direktor təmsil etdiyi qurum tərəfindən 2015-ci ildə reallaşdırılacaq layihələrdən də söz açıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirdə çıxış edərək 2014-cü ili bütün sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələrinin inkişafı baxımından da uğurlu il kimi dəyərləndirib.

Azərbaycanda jurnalistlərə yaradılan geniş imkanlardan, azad medianın inkişafı istiqamətində görülən işlərdən söz açan Əli Həsənov bəzi beynəlxalq qurumların bu uğurların üzərinə kölgə salmaq cəhdlərinin qərəzli xarakter daşıdığını vurğulayıb. “Azərbaycan media nümayəndələri ölkəmizdə baş verən hadisələri, dövlətin siyasətini, hökumətin fəaliyyətini, o cümlədən Azərbaycanın ətrafında, beynəlxalq aləmdə baş verən hadisələri sərbəst şəkildə təhlil edir, heç bir kənar müdaxilə olmadan istədikləri informasiyanı toplayaraq ictimaiyyətə çatdırır. Heç kim deyə bilməz ki, Azərbaycanda bu sahədəki mövcud vəziyyət dünyanın hansısa ölkəsindən pisdir. Heç kim deyə bilməz ki, Azərbaycanda hər hansı jurnalist dövlət tərəfindən, yaxud dövlətin ayrı-ayrı strukturları tərəfindən təzyiqlərə məruz qalıb” - deyə Əli Həsənov bildirib.

Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan milli mətbuatı hazırda özünün ən parlaq inkişaf dövrünü yaşayır. Ölkəmizdə söz və mətbuat azadlığının bərqərar olmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini xatırladan şöbə müdiri deyib ki, bu dahi şəxsiyyətin siyasi iradəsi və böyük səyləri nəticəsində hər kəsin sərbəst şəkildə informasiya almaqyaymaq hüququ təmin olunub. Ulu Öndər 1998-ci il 6 avqust tarixli Fərmanı ilə mətbuat üzərində senzuranı ləğv etməklə azad mətbuatın təməlini qoyub.

Bu gün Azərbaycanda Heydər Əliyevin siyasəti və ideyaları uğurla davam etdirilir. Ölkədə güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişafı dövlətin mətbuat siyasətinin əsas xəttini təşkil edir.

Əli Həsənov Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nı söz və məlumat azadlığının, KİV-lərin müstəqilliyinin təmin edilməsi məqsədilə kompleks tədbirlər nəzərdə tutan mühüm sənəd kimi dəyərləndirib. Vurğulanıb ki, bununla da ölkəmizdə mətbuata dövlət dəstəyi yüksək səviyyəyə qaldırılaraq daha da şəffaflaşdırılıb. Prezidentin Sərəncamı ilə 2009-cu ildə yaradılmış Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərin maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir.

Əli Həsənov deyib: “Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar. Dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən 156 mənzilli bina inşa edilərək jurnalistlərə paylanıb. Hazırda 250 mənzildən ibarət daha bir binanın tikintisi davam etdirilir. Biz bu gün çox məmnuniyyətlə və qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycanda azad media formalaşıb, inkişaf edirbundan sonra da inkişaf edəcək. Azərbaycan dövləti özünün daxili həyatını azad mediasız təsəvvür etmir. Bəlkə də Avropadünya ölkələrinin çoxundan qabaq bu dəyər Azərbaycan mediasına və onların nümayəndəsi olan jurnalistlərə məxsusdur”.

Prezident Administrasiyasının rəsmisi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə bütün jurnalistləri təbrik edərək onlara uğurlar arzulayıb.

Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Azərbaycan mətbuatının keçdiyi tarixi inkişaf yoluna bir daha nəzər salıb və jurnalistləri qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edib.

Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.

Mükafat alanlar arasında AzərTAc-ın buraxılış üzrə baş redaktoru Elman Qədirov da var.

Mərasim konsert proqramı ilə davam edib.

 

Azərbaycan.-2014.- 25 dekabr.- S.5.