“Ərzaq təhlükəsizliyi: biznes üçün sabit

 artım” mövzusunda konfrans keçirilmişdir

 

Dekabrın 24-də Bakı şəhərində Beynəlxalq Maliyyə Korporasiyasının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilati dəstəyi ilə “JW Mariott Hotel Abşeron Baku” hotelində “Ərzaq təhlükəsizliyi: biznes ücün sabit artım” mövzusunda konfrans keçirilmişdir.

Konfransa sədrlik edən Beynəlxalq Maliyyə Korporasiyasının AvropaOrta Asiyada Aqrobiznes Standartları proqramının Ərzaq Təhlükəsizliyi üzrə mütəxəssisi Yuriy Zvajenko tədbiri acaraq qeyd etdi ki, Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası müasir ərzaq təhlükəsizliyi proqramlarının üstünlükləri haqqında geniş bilik və məlumatların formalaşması, ərzaq istehsalçılarının ixrac tələblərinin yerinə yetirilməsi, satışların artırılması və investisiyaların cəlb edilməsi üçün ərzaq təhlükəsizliyi standartlarını təkmilləşdirməyə maraq oyatmaq istiqamətində məqsədyönlü aparır.

Sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qonaqları salamlayaraq konfransın çox əlamətdar bir gündə - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad gününə təsadüf etdiyini vurğuladı. Konfrans iştirakcıları adından Prezident cənab İlham Əliyevi ad günü münasibətilə təbrik edərək ona Azərbaycanın inkişafı naminə gərgin və şərəfli işində uğurlar arzuladı.

M.Musayev etibarlı ərzaq təminatının hər bir ölkənin iqtisadi sabitliyininsosial dayanıqlılığının başlıca şərti olduğunu, Azərbaycan Respublikasında əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil etdiyini qeyd etdi.

Ərzaq təhlükəsizliyi insanların istənilən vaxt aktivsağlam həyat tərzi sürmək üçün kifayət qədər keyfiyyətli qida məhsullarına fizikiiqtisadi çıxış imkanlarına malik olması deməkdir. Bunun əsas elementlərindən birini isə hər bir vətəndaşın keyfiyyətli qidaya fizikiiqtisadi çıxış imkanlarının olması ilə yanaşı, ölkənin milli ərzaq sisteminin iqtisadi baxımdan müstəqilliyini - əsas ərzaq malları üzrə ixracdan asılı olmamasını, etibarlılığı, ərzaq sisteminin mövsüm, hava və digər amillərlə bağlı risklərdən qorunması, dayanıqlığı, milli ərzaq sistemi istehsalının genişləndirilməsi rejimində inkişafını nəzərdə tutur.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici 9 milyon ton səviyyəsində olacaqdır.

Lakin Azərbaycanda 2007-ci ildə dənli bitkilərin 57 faizi, ət məhsullarının 88,4 faizi yerli istehsal hesabına təmin olunurdusa, bu rəqəmlər 2013-cü ildə müvafiq olaraq 64 faiz və 92 faizə çatmışdır.

Ölkəmizin əlverişli coğrafi mövqeyə və iqlim şəraitinə malik olması, habelə tarix boyu kənd təsərrüfatı məşğulluğu ənənəsinin davam etməsi kimi amillərin mövcudluğu nəticəsində Azərbaycan ərzaq çatışmazlığı olan ölkələr qrupuna daxil edilmir, əksinə, ərzaq təhlükəsizliyinin təmin olunması baxımından orta-yuxarı səviyyədə qiymətləndirilir.

Qeyd olunan amili şərtləndirən səbəblərdən biri də Azərbaycanda əhalinin etibarlı ərzaq təhlükəsizliyinin təminatı sahəsində ciddi uğurlara imza atılmasıdır. Bu nailiyyətlərin əldə edilməsinə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının təmin olunması xüsusi rol oynayır.

Əhalinin etibarlı ərzaq təminatının başlıca şərtlərindən biri makroiqtisadi sabitliyə əsaslanan davamlı inkişafın əldə olunması və əhalinin gəlirlərinin fizioloji normalara əsaslanan tələbatının ödənilməsini təmin etməsidir.

Çıxışını yekunlaşdıran M.Musayev qeyd etdi ki, son 10 ildə aqrar sahədə infrastrukturun yaxşılaşdırılması məqsədilə meliorativ tədbirlərə ayrılan vəsaitin həcmi 7,3 dəfə, bütün maliyyə mənbələri hesabına əsaslı kapital qoyuluşu 48 dəfəyə yaxın artıb. Genişmiqyaslı dövlət dəstəyi tədbirləri nəticəsində kənd təsərrüfatı sahəsində yaradılan əlavə dəyərdə 1,5 dəfə artım müşahidə edilir.

Beynəlxalq təşkilatların nümayəndələri, Dünya Bankının Azərbaycan nümayəndəliyinin əməkdaşı Rufiz Çıraqzadə “Aqrar rəqabətin inkişafı”, BMT-nin Cənubi Qafqaz üzrə layihə meneceri Maya TevzadzeYerli bazarlar ücün qlobal həllər”, BMT-nin AvropaOrta Asiyada Aqrobiznes standartları proqramının ərzaq təhlükəsizliyi üzrə mütəxəssisi Yuriy Zvajenko “Beynəlxalq ərzaq təhlükəsizliyi standartları: biznesin artımı ücün əsaslandırma” mövzularında cıxışlar etmişlər.

Konfransda iştirak edən “Azərsun” Holdinqin nümayəndəsi B.Əliyevin “Azərbaycanda ərzaq təhlükəsizliyi problemləri və onların həlli yolları”, Azərbaycan Keyfiyyət Assosiasiyasının sədri S.Novruzlunun “Ərzaq təhlükəsizliyi ilə bağlı beynəlxalq standartlar-Azərbaycan təcrübəsi”, Milli Mətbəx Assosiasiyasının icracı direktoru T.Əmiraslanovun “Restoran və mətbəx biznesində ərzaq təhlükəsizliyi” mövzularında çıxışları dinlənilmışdir.

Tədbirdə regionalixrac tələblərinin yerinə yetirilməsində aqrobiznes şirkətlərinə yardım göstərilməsi və həmin sektorun potensialını tam gücləndirmək üçün tələb olunan bünövrənin yaradılması məqsədilə ərzaq təhlükəsizliyi standartlarının əhəmiyyəti geniş şərh olunmuşdur.

Hökumət nümayəndələri, Bakı şəhərində fəaliyyət göstərən aparıcı ərzaq istehsalçıları, məsləhətçilər, ticarətçilər və aqrobiznes assosiasiyalarının təmsilçiləri iştirak edərək ölkədə ərzaq təhlükəsizliyi məsələləri üzrə mövcud vəziyyəti müzakirə ediblər.

Konfransda çıxışlardan sonra qeyd olunan məsələlər ətrafında müzakirələr aparılaraq sual-cavab keçirilmişdir.

Konfrans iştirakçıları tədbirin sonunda bildirdilər ki, ölkəmizdə bu günün ən aktual məsələlərindən olan ərzaq təhlükəsizliyi barədə keçirilən tədbirin yekunları mövcud problemlərin öyrənilməsi və sahənin gələcək inkişaf perspektivləri üçün çox faydalı olacaqdır.

 

Azərbaycan.-2014.- 25 dekabr.- S.10.