Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
sədri Gəncədə vətəndaşları
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə uyğun
olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
davam etdirirlər.
AzərTAc
xəbər verir ki, Dini Qurumlarla İş Üzrə Dövlət
Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 25-də
Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində
Gəncə, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Gədəbəy,
Daşkəsən, Göygöl, Samux, Goranboy və Naftalan
sakinlərini qəbul edib.
Qəbulda
vətəndaşlar əsasən məscidlərin təmiri,
dini icmaların qeydiyyatı, dini kitabların və ləvazimatların
satışı üçün mağazaların
lisenziyası və sair məsələlərlə
bağlı müraciətlər ediblər.
Dövlət
Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşların
müraciətlərini diqqətlə dinləyərək bəzilərinin
həlli, bəzilərinin isə araşdırılması
üçün göstərişlər verib. 25 nəfərədək
vətəndaşı qəbul edən komitə sədri bir
sıra müraciətləri yerindəcə həll edib. Komitənin
səlahiyyətlərinə aid olmayan məsələlərlə
bağlı müraciətlər isə baxılması və
müvafiq tədbirlərin görülməsi
üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə
qeydiyyata alınıb.
Qəbul
zamanı vətəndaşlar Dini Qurumlarla İş Üzrə
Dövlət Komitəsinin son vaxtlar həyata keçirdiyi tədbirlərdən
razılıqlarını ifadə ediblər.
Azərbaycan.-2014.- 26 dekabr.- S.6.