Azərbaycanın turizm potensialı
geniş təbliğ
olunur
Azərbaycanın turizm potensialının
Rusiyanın turizm bazarında təbliği istiqamətində Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi əsasında müxtəlif
reklam çarxları
və verilişlər
hazırlanaraq “Rossiya-1”, “Rossiya-2”, “Moya planeta”, “STS” və digər telekanallarda nümayiş olunub.
Nazirliyin
mətbuat xidmətindən
AzərTAc-a bildirilib ki, belə verilişlərdən
biri ayrılıqda 26
dəqiqə olmaqla 2 hissədən ibarət “Nespokoynoy noçi” verilişinin Bakı şəhərinin gecə
həyatını əks
etdirən buraxılışlarıdır.
Həmin
buraxılışlar efirə
getdiyi gündən etibarən verilişə qısa zaman ərzində “youtube” portalında 300 minədək
baxış olub.
Ölkəmizdə təntənəli qeyd olunan Novruz bayramı
haqqında hazırlanmış
ümumilikdə 78 dəqiqədən
ibarət 3 film “Planeta
vkusov” layihəsində
nümayiş olunub. Filmin hazırlanmasında
əsas məqsəd Novruz bayramını Rusiya və MDB-də daha da
tanıtmaq və bu bayram ərəfəsində
Azərbaycana daha çox turist axınını təmin
etməkdir.
Bundan əlavə, Mədəniyyət
və Turizm Nazirliyinin dəvəti əsasında “Za kadrom” televiziya layihəsinin geniş tərkibdə çəkiliş
qrupunun Azərbaycana
aid buraxılışları “Rossiya-1”,
“Rossiya-2”-də yayımlanıb.
Çəkilişləri Bakı şəhərində,
Quba və Xızı rayonlarında aparılan veriliş 26 dəqiqədən ibarətdir.
Göyçay rayonunda “Nar bayramı”
zamanı Rusiyadan dəvət olunmuş çəkiliş heyətinin
hazırladığı verilişin
2015-ci ilin mart ayından
etibarən “Ne jizn, a prazdnik: prazdnik qranata” layihəsində nümayişi nəzərdə
tutulub. Həmin layihə 44 dəqiqədən
ibarət olacaq. Çəkilişlər zamanı milli
dəyərlərimizdən olan lavaşın hazırlanması və digər incəlikləri də öz əksini tapıb.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü
ilə 2014-cü ildə
Rusiya telekanallarında
nümayiş olunan reklam çarxlarını
və verilişləri
MDB ölkələrindən və Baltikyanı dövlətlərdən 50 milyonadək
tamaşaçı izləyib.
Azərbaycanın turizm və mədəniyyət potensialının
Rusiyada təbliğatının
vacibliyini nəzərə
alaraq, müvafiq istiqamətdə işlər
2015-ci ildə də bu ölkənin televiziya kanalları və sosial şəbəkələrində davam etdiriləcək.
Bundan əlavə,
ölkəmizin Azərbaycanın
turizm potensialını
Fransanın məşhur
telekanallarında 100 milyondan
artıq tamaşaçı
izləyib.
Azərbaycanın turizm potensialının aparıcı xarici telekanallarda yayımlanması tədbirləri çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi ilə Fransanın televiziya kanalları arasında əməkdaşlıq davam etdirilir. Bunun nəticəsi olaraq 2014-cü ildə Fransanın “TV5 Monde” və “France 24” telekanallarında Azərbaycanın turizm potensialını təbliğ edən müvafiq reklam çarxı nümayiş olunub. “TV5 Monde” telekanalında ölkəmizin turizm imkanlarını əks etdirən reklam çarxı ən baxımlı vaxtlarda 378 dəfə nümayiş etdirilərək 4 milyona yaxın insan tərəfindən izlənilib. Adıçəkilən televiziya kanalında ölkəmizin reklam çarxı 18 həftə yayımlanıb.
Azərbaycan.-2014.- 26 dekabr.- S.9.