Azərbaycan ilə Bəhreyn arasında hərbi
əlaqələrin
genişləndirilməsinə dair əməkdaşlıq
planı imzalanıb
Azərbaycan
Respublikası ilə Bəhreyn Krallığı arasında hərbi
əlaqələrin fəallaşdırılmasını və
genişləndirilməsini nəzərdə tutan ikitərəfli
əməkdaşlıq planı imzalanıb.
Əməkdaşlıq
planının imzalanması Azərbaycan Respublikasının
müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Bəhreyn
Krallığına rəsmi səfəri çərçivəsində
baş tutub.
Səfər
çərçivəsində Zakir Həsənovun Bəhreyn
Müdafiə Qüvvələri Qərargahında Müdafiə
Qüvvələrinin baş komandanı, feldmarşal Şeyx
Xəlifə bin Əhməd Əl Xəlifə tərəfindən
qarşılanma mərasimi keçirilib.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər
ki, görüşdə ölkələrimiz arasında
dostluq və hərbi əməkdaşlıq münasibətlərinin
inkişafından məmnunluq ifadə edilərək mövcud
əlaqələr və ümumi maraq doğuran məsələlər
müzakirə olunub.
Müdafiə
Nazirliyinin nümayəndə heyəti Bəhreyn Kral Hərbi
Hava və Kral Hərbi Dəniz qüvvələri
komandanlıqlarına səfər edib, hərbi hava və hərbi
dəniz bazalarını, o cümlədən hərbi tibb
müəssisələrini ziyarət edib.
Azərbaycan.-2014.- 27 dekabr.- S.5.