Kənd təsərrüfatı nazirinin qəbulunda bir
çox müraciətlər yerində
həllini tapıb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə uyğun
olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin
bölgələrdə vətəndaşların qəbulu
davam etdirilir.
AzərTAc
xəbər verir ki, mərkəzi icra hakimiyyəti
orqanları rəhbərlərinin şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə
uyğun olaraq dekabrın 26-da kənd təsərrüfatı
naziri Heydər Əsədov İsmayıllı şəhərində
Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Qəbələ
və Abşeron rayonlarından olan bir qrup vətəndaşı
qəbul edib.
Nazirliyin
müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri
qəbulda 40 nəfər vətəndaşın müraciətinə
baxılıb.
Qəbulda
əsasən təsərrüfat sahələrinin genişləndirilməsi,
heyvandarlığın inkişafı, kiçik istehsal sexlərinin
açılması üçün güzəştli kreditlərin
verilməsi, subartezian quyularının vurulması, istehsal
olunan kənd təsərrüfatı məhsullarının
alışının dövlət səviyyəsində mərkəzləşdirilmiş
qaydada təşkili və bu zaman qiymətləndirməyə
nəzarət və s. barədə müraciətlər
olunub.
Bir
çox müraciətlər yerindəcə həllini tapıb.
Araşdırılmaya ehtiyac olan bəzi müraciətlərin
qanunvericiliyə uyğun operativ həlli üçün
nazirliyin müvafiq struktur rəhbərlərinə konkret
tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə
aid olmayan müraciətlər isə müvafiq strukturlara
göndərilmək üçün qeydiyyata
götürülüb.
Qəbula
gələnlər yaradılmış şəraitdən
razı qaldıqlarını bildiriblər.
Azərbaycan.-2014.- 27 dekabr.- S.5.