Fövqəladə hallar
naziri Şamaxıda vətəndaşları
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə əsasən,
mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin
bölgələrdə vətəndaşların qəbulu cədvəlinə
uyğun olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin
Heydərov dekabrın 26-da Şamaxı şəhərində
5 rayondan olan vətəndaşları qəbul edib.
AzərTAc
xəbər verir ki, Şamaxı Olimpiya İdman Kompleksində
keçirilən, nazirliyin müvafiq icra strukturu rəhbərlərinin
də qatıldıqları qəbulda Şamaxı, Qobustan,
Ağsu, İsmayıllı və Qəbələ
rayonlarından gələn 243 vətəndaşın
müraciətinə baxılıb.
Onlardan 23 nəfəri şəxsən nazir Kəmaləddin Heydərov tərəfindən qəbul olunub. Bundan başqa, kadr məsələləri ilə bağlı 68, digər məsələlərlə əlaqədar müraciət etmiş 152 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul edilib.
Hər bir müraciət diqqətlə dinlənilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
Qəbulda Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb.
Qəbula gələn rayonların sakinləri
nazirlə birbaşa görüş
üçün yaradılmış
şəraitdən razılıqlarını bildirib
və bölgələrdə bu cür qəbulların təşəbbüskarı
Prezident İlham
Əliyevə minnətdarlıqlarını bildiriblər.
Azərbaycan.-2014.- 27 dekabr.- S.5.