Ekologiya və təbii sərvətlər
naziri Ağdaş
şəhərində vətəndaşları
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə uyğun
olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciət, ərizə və şikayətlərinin
müsbət həll edilməsi üçün müvafiq tədbirlər
görürlər.
Mərkəzi
icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər
və rayonlarda vətəndaşların qəbulu cədvəlinə
uyğun olaraq
növbəti
belə qəbul dekabrın 26-da ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu Bağırov tərəfindən
Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində
keçirilib.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən
AzərTAc-a bildiriblər ki, nazirliyin idarə və departamentlərinin,
həmçinin tabeli qurumlarının rəhbərlərinin
də iştirak etdikləri qəbulda Ağdaş, Yevlax
rayonlarında və Mingəçevir şəhərində
yaşayan vətəndaşların müraciətləri dinlənilib.
Qəbulda
ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi,
meşələrin qorunması, hidrometeorologiya, geologiya,
biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə
bağlı 40-a yaxın vətəndaşın müraciətlərinə
baxılıb.
Nazir
qəbula yazılmış vətəndaşların
müraciət, şikayət və təkliflərini diqqətlə
dinləyərək onların narazılığına səbəb
olan halların aradan qaldırılması, hər bir müraciətin
operativ şəkildə araşdırılması,
qaldırılan məsələlərin qanunvericiliyə
uyğun həlli istiqamətində nazirliyin müvafiq
strukturlarının rəhbərlərinə konkret
tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən
verilən müxtəlif təkliflər qeydə
alınıb, onları narahat edən şikayət xarakterli
müraciətlər araşdırılaraq müvafiq tədbirlərin
görülməsi üçün nəzarətə
götürülüb. Müraciətlərin bir hissəsi isə
elə yerindəcə öz həllini tapıb.
Qəbul
vaxtı birbaşa müraciət edən vətəndaşlar
da nazir H.Bağırov tərəfindən dinlənilib,
müraciətlərin operativ həlli üçün
qanunvericiliyə müvafiq tədbirlər görülüb.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə
aid olmayan məsələlərlə bağlı müraciətlər
isə aidiyyəti qurumlara çatdırılması
üçün qeydiyyata alınıb.
Azərbaycan.-2014.- 27 dekabr.- S.5.