“Vətəndaşlara məxsus tikililərin dövlət icbari sığortasının dayandırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 9 yanvar tarixli 398 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Vətəndaşlara məxsus tikililərin dövlət icbari sığortasının dayandırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 9 yanvar tarixli 398 nömrəli Fərmanının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, ¹ 1, maddə 28) 2-ci hissəsi ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 22 dekabr  2014-cü il

Azərbaycan.-2014.- 28 dekabr.-  S.1.