Hər daşında tarix yaşadan abidələr
Bərdə çox zəngin
tarixə malikdir.
Alimlərin qənaətinə görə, Bərdə şəhərinin yaşı
3000 ildən də çoxdur. Bu qədim yaşayış
məskəni strateji cəhətdən mühüm
əhəmiyyətə malik
bir ərazidə, İpək yolu üzərində yerləşdiyindən
həmişə yadelli
işğalçıların diqqət mərkəzində
olmuşdur.
Zaman-zaman odlara qalanıb viran qoyulsa da, var-dövləti
talan olunsa da, gözəl sarayları yerlə yeksan edilsə də, bu diyarın
yurdsevər övladları
özlərində güc
tapıb doğma şəhəri yenidən
tikir, tarixin sirlərini daşında,
divarında yaşadan
möhtəşəm qalaları,
hər biri sənət əsəri olan yaraşıqlı sarayları yenidən bərpa edirlər.
İndi Azərbaycanın bütün
bölgələri kimi,
Bərdə də sürətlə inkişaf
edir. Ümummilli lider Heydər
Əliyev Azərbaycana
rəhbərlik etdiyi dövrdə Bərdəyə
həmişə xüsusi
qayğı və diqqət göstərmişdir.
Bu isti münasibətin
göstəricisidir ki,
ulu öndər bu bölgəyə 14 dəfə səfər etmişdir. Təbii ki, hər səfər Bərdənin
yüksəlişinə yeni
təkan vermiş, onun simasında, adamların yaddaşında
unudulmaz izlər qoymuşdur. Prezident İlham
Əliyevin davamlı qayğısı buranı
yeni intibah dövrünə qovuşdurmuşdur.
2012-ci il oktyabrın 7-də Bərdəyə
səfəri zamanı
yeni salınmış
Nüşabə parkında
rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşündə
ölkə rəhbəri
demişdir: “Bərdə
bizim tarixi şəhərimizdir, qədim
şəhərdir. Bərdə qədim
xəritələrdə vardır.
Bu, reallıqdır. Əlbəttə, biz hər bir
rayonun inkişafı üçün bütün
işləri görürük.
Ancaq Azərbaycanın tarixində
xüsusi yeri olan şəhərlər,
rayonlar, diyarlar üçün xüsusi
proqramlar da hazırlanmalıdır”.
Bu gün abad küçə və prospektləri, park və xiyabanları, milli memarlıq üslubunda inşa edilmiş yaraşıqlı binaları
ilə göz oxşayan Bərdə bir də ona
görə daha çox diqqət çəkir ki, burada qədimliklə müasirlik üzvi şəkildə birləşmişdir. Əsl vətəndaş
mövqeyindən yaranan,
torpağa sonsuz məhəbbətdən qaynaqlanan
bu ecazkar vəhdət Bərdənin
müasir görkəminə
qeyri-adi bir möhtəşəmlik verir.
Bölgədə bir tərəfdə
bir-birindən yaraşıqlı
yeni binalar inşa olunursa, digər tərəfdə
şöhrətli və
qüdrətli bir dövlətin şanlı
keçmişini özündə
yaşadan tarixi abidələr, milli mədəniyyət nümunələri
qayğı ilə qorunur, təmir edilir, bərpa olunur.
Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri
İlyas Hacıyev söhbət zamanı dedi ki, bu
yaxınlarda Azərbaycan
Milli Elmlər Akademiyasının bir qrup əməkdaşı
rayonda oldu. Ərazidəki tarixi
mədəniyyət abidələrinin
vəziyyəti ilə
yaxından maraqlanan tədqiqatçı alimlər
rayon ictimaiyyətinin nümayəndələri
ilə keçirilən
geniş tərkibli görüşdə bir daha qeyd etdilər
ki, Bərdənin yaşı 3 min ildən az deyil. Prezident İlham
Əliyevin tapşırıq
və tövsiyələrinə
əsasən qüvvə
və bacarığımızı
səfərbər edərək
çalışırıq ki, rayon ərazisindəki bütün tarixi abidələri göz bəbəyi kimi qoruyaq. Əslində, bu abidələr
bizim milli kimliyimizi, soy-kökümüzü
təyin edən tarixi sənəddir.
Bərdədə diqqət çəkən
xeyli tarixi abidə var. Onların bir çoxu hazırda dövlət vəsaiti hesabına təmir olunur.
İ.Hacıyev söhbət zamanı
rayon ərazisindəki bir
çox tarixi abidələr haqqında da ətraflı məlumat verdi.
Qeyd etdi ki, Antik
dövrə aid olan Şortəpə nekropolu rayonun Şatırlı kəndinin şimal-şərqindədir.
İlk yaşayış məskəni
olan nekropolda arxeoloji qazıntı işləri davam etdirilir. Eramızdan əvvəl tikilən
Torpaq qala Bərdənin mərkəzindədir.
Mühafizə xarakteri daşıyan
qala şəhəri yadellilərdən qorumaq məqsədilə inşa
olunmuşdur. Yüz illərin
küləyinə, qarına,
yağışına sinə
gərən qala bu günə kimi salamat qalmışdır.
Rayonda daha çox diqqət çəkən tarixi abidələrdən biri də memar Əhməd ibn Əl-Hafiz Naxçıvani tərəfindən hicri-qəməri təqvimi ilə 1322-ci ildə inşa edilmiş Bərdə türbəsidir. Silindrik gövdədən, konusvari günbəzdən ibarət olan bu möhtəşəm abidənin bütün səthi üzərinə firuzə rəngli kaşı çəkilmiş kərpiclərlə naxışlanmışdır. Bu naxışlarda “Allah” sözü mütənasib surətdə təkrarlanır. Bərdə türbəsini ilkin görkəminə qaytarmaq üçün təmir-bərpa işləri uğurla davam etdirilir.
VII-IX əsrlərə aid olan Tərtər çayı üzərində körpünün qalıqları da tarixin yadigarı kimi qayğı ilə qorunur. Tikintisi təxminən 1200 ildən əvvələ aid edilən İbrahim (İmamzadə) məscidi İmam Cəfər Sadiq Əleyissəlamın qız nəvəsi Şahzadə İsmayılın qəbri-şərifidir. Şahzadə təqibdən qaçaraq Bərdədə yaşamışdır. O zaman Bərdə böyük ticarət mərkəzi kimi məşhur idi. İbrahim adlı tacir imam övladının qəbri üzərində günbəz tikdirir. O vaxtdan bu türbə-ziyarətgah İbrahim məscidi kimi şöhrət qazanır. Dövrünün məşhur memarlarından olan Kərbəlayi Səfi xan Qarabaği 1868-ci ildə İmamzadəni əsaslı şəkildə bərpa etmişdir. Bərdə İmamzadəsinə bu gün də ölkənin müxtəlif bölgələrindən çoxsaylı ziyarətçilər gəlir.
Lazım
QULİYEV,
Azərbaycan.-2014.- 30 dekabr.- S.7.