G.L.Rzayevanın Azərbaycan Respublikası Ali

 Məhkəməsinin hakimi təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası  Qanununun 96-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Gülzar Lətif qızı Rzayeva Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.

2. Bu Qərar 2015-ci il yanvarın 13-dən qüvvəyə minir.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 Bakı şəhəri, 30 dekabr 2014-cü il

Azərbaycan.-2014.- 31 dekabr.- S.2.