Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 5 dekabr tarixli 279 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Nəqliyyat infrastrukturu obyektlərinin
kodlaşdırılması, nəqliyyat infrastrukturu
obyektlərinin başlanğıc və son
nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə
nöqtələrinin müəyyən
edilməsi Qaydaları"nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
№ 22 Bakı şəhəri,
29 yanvar 2014-cü il
"Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 noyabr tarixli 18 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 5 dekabr tarixli 279 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1343) ilə təsdiq edilmiş "Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Qaydaları"nın 2.1-ci bəndinin birinci cümləsində "proqram təminatı" sözləri "Ünvan Reyestri İnformasiya Sistemi" sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 1 fevral.- S.1.