Azərbaycan ilə Bosniya
və Herseqovina arasında ikitərəfli
əlaqələrin inkişaf perspektivləri
müzakirə edilmişdir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Lagumdzija ilə görüşmüşdür.
Görüşdə
ikitərəfli əlaqələrin inkişaf perspektivləri,
xüsusilə, enerji və investisiyalar sahəsində əməkdaşlıq
imkanları ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2014.- 2 fevral.- S.1.