Münxendə Azərbaycan-ATƏT əməkdaşlığı
müzakirə olunmuşdur
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ATƏT-in baş katibi Lamberto Zannier ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə ATƏT ilə Azərbaycan arasında əməkdaşlıq, qurumun Bakıda layihə əlaqələndirici ofisinin fəaliyyətinin təşkili məsələləri müzakirə edilmişdir.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat vermişdir.
Lamberto Zannier son günlər cəbhə xəttində atəşkəsin pozulmasından narahatlığını bildirmişdir.
Elmar
Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin
həlli üçün ilk növbədə, Ermənistan
silahlı qüvvələrinin Azərbaycanın işğal
olunmuş ərazilərindən
çıxarılmasının zəruriliyini
vurğulamışdır.
AzərTAc
Azərbaycan.-2014.- 2 fevral.- S.1.