Con Kerri: «Biz Kipr və Dağlıq
Qarabağ problemləri üzərində
ciddi işləyirik»
ABŞ Dövlət katibi Con Kerri təhlükəsizlik məsələlərinə dair Münxen konfransının ikinci iş günündə məruzəsindən sonra auditoriyanın sualına cavab verərək bildirmişdir ki, Birləşmiş Ştatlar Kipr və Dağlıq Qarabağ məsələləri üzərində ciddi işləyir.
Dövlət katibi demişdir: "Bəzən biz sakit işləyirik, bunu heç kəs eşitmir. Lakin sizi inandırıram ki, bu sahədə iş gedir və bir gün də dayanmır".
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi müxbiri
Münxen
Azərbaycan.-2014.- 2 fevral.- S.1.