Avrasiya gənclərinin uğurlu dialoq platforması

 

Edil HƏSƏNOV: "Məqsədimiz Azərbaycanı xaricdə ən yüksək səviyyədə təmsil etməkdir"

 

 

 

Hər bir millətin gələcəyi onun gəncliyindən asılıdır. Çünki sağlam təfəkkürlü, geniş dünyagörüşlü gəncliyin formalaşması həm də Azərbaycanın parlaq gələcəyi deməkdir. Buna görə də ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq uğurla davam etdirilir.

Hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyətilə seçilirsiyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində artıq bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

1997-ci il fevralın 1-də ümummilli lider Heydər Əliyev tərəfindən 2 fevral tarixinin Azərbaycanda "Gənclər günü" elan edilməsi haqqında sərəncam imzalanıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tamdüzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nı uğurlu gənclər siyasətinin tərkib hissəsi saymaq olar. Məhz bunun bariz nümunəsidir ki, gənclər bu gün dövlət orqanlarında, Milli Məclisdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə layiqincə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Gənclik dövlətçiliyin inkişafında əsas rol oynayır.

Hazırda ölkəmizdə 200-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlardan biri də milli-mənəvi dəyərlərimizin dünyada təbliğ olunması, gənclərin Avrasiyanın istənilən ali təhsil ocaqlarında təcrübə keçməsi və Avrasiya gənclər təşkilatları arasında bir körpü rolu oynaması ilə fərqlənən, daim Azərbaycanın dünyada yüksək səviyyədə təmsil olunmasına çalışan "Dialoq Avrasiya" Gənclər Platformasının Azərbaycan nümayəndəliyidir. Bayram ərəfəsində qurumun ofisinə baş çəkərək həyata keçirilən tədbirlər, görülən ümumi işlər və gələcək planlarla tanış olmağa çalışdıq. "Dialoq Avrasiya" Gənclər Platformasının Azərbaycan koordinatoru Edil Həsənovla səmimi söhbət əsnasında bəlli oldu ki, ötən dövrdə ölkəmizdə bir neçə forum, konfrans, dinləmələr keçirilib.

Öncə təşkilat haqqında qısa məlumat verən Edil Həsənov bildirdi ki, Dialoq Avrasiya Platforması 15 sentyabr 1998-ci ildə yaradılıb. Avropa və Asiyanın müxtəlif ölkələrini təmsil edən jurnalist və yazıçılar İstanbulda bir araya gələrək xoş gələcəyin təminatı, xalqlar arasında əlaqələrin səmimi və dostcasına qurulması və inkişafı, müxtəlif ölkələrin milli-mənəvi dəyərlərinin qorunması üçün bütün millət və xalqların bir araya gəlməsinin vacibliyindən doğan könüllü bir quruluş olan Dialoq Avrasiya Platformasını (DAP) qurublar. 2000-ci ildən Azərbaycanda da fəaliyyətə başlayan Dialoq Avrasiya Platformasının 14 iyun tarixində Gülüstan sarayında ümummilli lider Heydər Əliyevin iştirakı ilə təntənəli şəkildə təqdimat mərasimi keçirilmişdir. DAP-ın əsas məqsədi ölkəmizin mədəniyyətini, tarixini digər ölkələrdə tanıtmaq olub. 2009-cu ildə isə qərara alınıb ki, qurumun nəzdində Gənclər Platforması (DAGEP) yaradılsın. Burada isə məqsəd estafetin gənclərə verilməsi, xalqlar arasında mövcud olan əlaqələrin gənclər vasitəsi ilə daha da möhkəmləndirməsi olub. DAGEP  sevgi, səmimilik üzərində qurulan, barışa, tolerantlığa xidmət edən bir  platformadır. Heç bir ölkənin və təskilatın daxili islərinə qarışmayan, siyasi hədəfləri olmayan, insanlar arasında ədaləti təblig edən, bütün dövlətlərə, cəmiyyətlərə və dinlərə xoş münasibət bəsləyən, hər zaman təmsil etdiyi ölkənin mənafelərini ön planda tutan, sülhə və qarşılıqlı sevgiyə, mədəniyyətlərarası dialoq münasibətlərinə xidmət göstərən qurumdur. DAGEP tərəfindən Avrasiya gənclərinin bir araya gəlib müzakirələr aparması üçün müxtəlif toplantılar, forumlar təşkil olunur. Bu toplantılarda gənclər mövcud problemlər, onların həlli və qarşılıqlı maraq doğuran tədbirlərin keçirilməsi üçün müzakirələr aparırlar. Gənclər Platformasının Azərbaycan koordinatoru bildirdi ki, rəhbəri olduğu qurumun məqsədi ölkəmizi xaricdə ən yüksək səviyyədə təmsil etmək, Azərbaycanda olan beynəlxalq təşkilatlarla yaxın dostluq münasibətləri qurmaqdır.

Edil Həsənovun sözlərinə görə, bu gün DAP-ın 16 ölkədə təmsilçilyi var və hər il keçirilən "Avrasiya Gənclik Forumu"nda həmin təmsilçilərlə yanaşı, ölkələrin tanınmış, fəal gənclər təşkilatlarının nümayəndələri də qatılırlar: "Bu birlik Avrasiya gəncləri arasında sinerji rolunu oynayır. Gənclər arasında yeni-yeni əlaqələr qurulur, onların təklifləri dinlənilir və təcrübələrindən faydalanırlar. Bu gün Azərbaycan həm tolerant, həm də mədəniyyətlərarası dialoqa xüsusi önəm verən bir ölkə kimi dünyada tanınır. Biz çalışırıq ki, dövlətimizin bu uğurlarını xaricdə layiqincə nümayiş etdirə bilək". DAGEP xarici universitetlərlə tələbə mübadiləsi də həyata keçirir. Müəyyən proqramlar vasitəsi ilə istənilən tələbənin Avrasiyada yerləşən ali məktəblərdə oxuması üçün imkanlar yaradılır.

Bununla yanaşı, DAGEP Azərbaycanda tükdilli ölkələrin tanınmış qadınlarının beynəlxalq konfransını təşkil edib. Bu konfransda dünyanın 7 ölkəsindən olan deputat, siyasətçi və digər sahələrdə lider olan gənc xanımlar iştirak edilbər. Ailə dəyərləri ilə bağlı keçirilən toplantılarda isə gənclərin həyata baxışı, ailə münasibətlərinin qurulmasında mövcud olan proseslərin özəlliyi və bu işdə gənclərin maarifləndirilməsi məsələləri diqqətdə olub. "Turizm ili" ilə bağlı "Azərbaycanın turizm potensialının dünyaya çatdırılması istiqamətində gənclərin rolu" mövzusunda dinləmələr, müzakirələr təşkil olunub.

E.Həsənov onu da vurğuladı ki, DAGEP gənclərin xarici ölkələrə səfərlərini də təşkil edir. Burada da məqsəd təcrübə mübadiləsidir. İl ərzində bir neçə dəfə keçirilən belə səfərlərdə gənclər təşkilatlarının görüşləri təşkil edilir. Eləcə də xarici ölkələrin bu cür təşkilatları ölkəmizə dəvət edilironlar Azərbaycanda fəaliyyət göstərən hər hansısa bir gənclər təşkilatının üzvləri ilə görüşüb əlaqələr yaradırlar. Yəni DAGEP bir növ gənclər təşkilatları arasında körpü rolunu oynayır. 

Gələcək planlara gəlincə isə E.Həsənov bildirdi ki, V "Avrasiya Gənclər Forumu"nun Azərbaycanda keçirilməsi qərara alınıb. Hazırlıq işləri görülür. İndiyədək Türkiyədə, Qazaxıstanda, Ukraynada, Litvada keçirilən forumlarda Azərbaycan geniş nümayəndə heyəti ilə iştirak edib. Bu toplantıda 21 ölkədən fəal gənc, nüfuzlu gənclər təşkilatlarının rəhbərləri, üzvləri iştirak edəcəklər. DAGEP "Təhsilin mədəniyyətlərarası dialoqun inkişafında rolu" mövzusunda beynəlxalq toplantı keçirməyi də planlaşdırır.

Sonda Edil Həsənov qarşıdan gələn "Gənclər günü" ilə bağlı fikirlərini bölüşdü: "Bu gün Azərbaycanda 200-dən çox gənclər təşkilatı var ki, onlar dövlətin gənclər siyasətinin həyata keçirilməsində mühüm rol oynayırlar. Bu təşkilatlar 30-dan çox beynəlxlq təşkilatda təmsil olunurlar. Son illərdə Avropada ən çox layihə gənclərimiz tərəfindən həyata keçirilib. Bundan başqa, ölkəmizi elm, təhsil, idman, incəsənət sahəsində dünyanın lider dövlətləri sırasına çıxarmağı bacaran və ən gözəl şəkildə təmsil edən bir gəncliyə sahibik. Bir millətin, bir dövlətin mövcud olmasında, inkişafında sağlam düşüncəli, bilikli, milli-mənəvi əxlaqi dəyərlərə sahib gəncliyin rolu çox böyükdür. Ona görə də gənclərin düzgün yetişdirilməsi, istiqamətləndirilməsi və gələcəyə hazırlanması hər bir dövlətin ən vacib məsələlərindən biridir. Bu gün Azərbaycanda mövcud olan "Gənclər siyasəti haqqında" qanun və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin ən vacib istiqamətlərindən biri məhz gənclər siyasətidir. Azərbaycanda gəncliyə dövlət qayğısı sabahauğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlamintellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir".

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 1 fevral.- S.3.