Azərbaycan Respublikası Hərbi Prokurorluğunun geniş kollegiya iclası keçirilmişdir

 

Yanvarın 31-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2013-cü ildə görülmüş işlərin və cari ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev yola saldığımız 2013-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursunun uğurlu inkişafı, xüsusən dövlət başçısının xalqımızın yekdil etimadı nəticəsində yenidən bu ali vəzifəyə seçilməsi ilə əlamətdar olduğunu xüsusilə vurğulamışdır.

Qeyd edilmişdir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2013-cü ildə dövlət müstəqilliyimiz daha da möhkəmləndirilmiş, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi sürətləndirilmişdir. Ölkənin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş vermişsosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi nəticəsində böyük nailiyyətlər əldə olunmuşdur. Uğurla həyata keçirilən dövlətçilik siyasətinin məntiqi nəticəsi kimi əldə edilmiş iqtisadi nailiyyətlər, ölkəmizdə yoxsulluğunişsizliyin səviyyəsinin azalmasına, kriminogen durumun sabitləşməsinə müsbət təsir göstərmişdir.

Ölkə iqtisadiyyatının dinamik inkişafının Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir etdiyini söyləyən hərbi prokuror bildirmişdir ki, son illər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti xeyli yüksəlmiş, şəxsi heyətin nizam-intizamı güclənmiş, nöqsanların aradan qaldırılması istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur. Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluqhüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olmuş, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,5 faizi açılmışdır.

Hərbi prokuror demişdir ki, 2012-ci ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış cinayətlər 0,5 faiz, hərbi xidmət əleyhinə cinayətlər 2 faiz, hərbi xidmətdən yayınma 16 faiz, fərarilik cinayətləri 7,7 faiz, hərbi hissəni və xidmət yerini özbaşına tərketmə cinayətləri 22 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 5,6 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 12,5 faiz, odlu silah, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamaya hədə-qorxu ilə tələb etmə 22,2 faiz, silahlı birləşmələrdə ölüm halları 21,4 faiz, o cümlədən qəsdən adam öldürmə 33,3 faiz, özünü öldürmə həddinə çatdırma 70,6 faiz azalmışdır. Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməmişdir. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuşdur. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlamişgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olmuşdur. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə tabelik qaydaları əleyhinə cinayətlər, o cümlədən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, maşınları idarə etmə və istismar qaydalarını pozma, mülkiyyət əleyhinə və qeyri-hərbi cinayətlər artmışdır.

Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qəsdən adam öldürmə və özünü öldürmə həddinə çatdırma, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin qarşısının alınması məqsədilə hər il olduğu kimi, ötən ildə də iki dəfə Respublika Hərbi Prokurorluğunun kollegiyasında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə müzakirə edilmişdir. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilmişdir. Cinayətlərin qarşısının alınması məqsədi ilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilmiş və icrası təmin olunmuşdur. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Kollegiyada hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bir daha vurğulamışdır ki, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılan digər silahlı birləşmələrdə qəsdən və ehtiyatsızlıqdan adam öldürmə, özünü öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət almış və ya öldürülmüş, habelə xəstəliklə bağlı və ya avtoqəza nəticəsində baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə Respublika Hərbi Prokurorluğu tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılır və istintaq hərəkətləri aparılmaqla cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunur.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında 2013-cü il 7 may tarixli qərarının Respublika Hərbi Prokurorluğu orqanları tərəfindən icrası vaxtında həyata keçirilmişdir.

"Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın, eləcə də 2013-cü il yanvarın 16-da dövlət başçısının sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirmişdir. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaratmışdır.

Diqqətə çatdırılmışdır ki, respublikanın hərbi prokurorluq orqanları 2013-cü ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 64 şəxs barəsində 55 cinayət işinin istintaqını tamamlayaraq aidiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndərmişlər.

Hərbi Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə həmin Xidmətin idarə, şöbə və bölmələrində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəylərinə əsasən çağırışdan qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı Göyçay, Daşkəsən və Saatlı rayon şöbələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci, 311.3.2-ci və 313-cü maddələri ilə başlanmış cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" 2009-cu il 22 iyun tarixli fərmanında və dövlət başçısının Nazirlər Kabinetinin bu il yanvarın 9-da 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrası ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət qoyulduğunu qeyd edən Xanlar Vəliyev bildirmişdir ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumlar tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.

Hərbi prokurorluq orqanları törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 78,6 faizinin istintaq zamanı ödənilməsini təmin etmişlər.

Xüsusi vurğulanmışdır ki, 2013-cü ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanmış, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilmişdir. Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuşdur.

Ötən il Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ağır və xüsusilə ağır, mürəkkəb və aktual xarakterli cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün hərbi məhkəmələrə göndərilmişdir.

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissələrinin sabiq maliyyə xidməti rəisləri Rüstəmov İlqar Faiq oğlunun, Əliyev Zaur Bayram oğlunun, Nəzərov Şahmar Məmməd oğlunun, Salamov Məmməd Akif oğlunun, Əliyev Rauf Əsgər oğlunun, Sadıqov Aydın Fəxrəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci, 313-cü və 326.1-ci maddələri ilə başlanmış cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilmişdir.

Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş maddi ziyanın 2 milyon 1948 manat məbləğində vəsaitin istintaq zamanı ödənilməsi təmin edilmişdir.

Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 63 nəfər tapılıb istintaqa cəlb edilmişdir. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 149 yoxlama keçirilmiş, nəticədə 2575 qanun pozuntusu aşkar edilmişdir. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 317 təqdimat göndərilmiş, 222 nəfərə xəbərdarlıq edilmiş, 60 cinayət işi başlanmış, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 210 yazılı göstəriş verilmiş, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 28 qanunsuz qərar ləğv olunmuşdur.

Kollegiya iclasında təhqiqat orqanlarının fəaliyyətində aşkar edilmiş nöqsanlarqanun pozuntuları konkret misallarla təhlil edilmişdir. Hərbi prokuror ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsini tələb etmişdir.

Hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş 72 apelyasiya protestinin 64,7 faizi təmin olunmuşdur. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə hesabat dövründə 235 məhkəmə prosesi səyyar qaydada keçirilmişdir.

Keçən il hərbi prokurorluq orqanlarında vətəndaşların 1741 müraciətinə baxılmış, 1063 vətəndaş mərkəzi aparatda qəbulda olmuş, ərazi hərbi prokurorluqlarında 3412 vətəndaşın fərdi qəbulu aparılmış, bilavasitə hərbi hissə və birləşmələrdə 2738 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunmuşdur.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev demişdir ki, Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdiyi digər cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kollegiyada görülmüş müsbət işlərlə yanaşı, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmuşdur. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqifiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunmuş və onların aradan qaldırılması üçün konkret göstərişlər verilmişdir.

Vurğulanmışdır ki, hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsində də müəyyən işlər görülmüş, qanunvericiliyin öyrənilməsi ilə əlaqədar "Hərbi prokurorluq orqanları ilə Silahlı Qüvvələrdə hüquq qaydalarının, hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin xəbərdarlıq edilməsi və aradan qaldırılması sahəsində Respublika Hərbi Prokurorluğunun, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarla birgə Tədbirlər Planı"na əsasən, Hərbi Prokurorluğun əməkdaşları müntəzəm qaydada hərbi hissələrdə olmuş, hərbi qulluqçular qarşısında çıxışlar, məruzələr etmiş, onlarla söhbətlər aparmışlar. Bununla yanaşı, Respublika Hərbi Prokurorluğu tərəfindən "Əsgər  kitabçası" çap edilərək hərbi hissələrə göndərilmişdir.

Xanlar Vəliyev diqqətə çatdırmışdır ki, hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 27 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilmişdir.

Azərbaycan Respublikası baş prokurorunun və hərbi prokurorun müvafiq əmrləri ilə 25 işçi vəzifədə irəli çəkilmiş, xidməti fəaliyyətlərində fərqlənmiş 40 əməkdaş həvəsləndirilmiş, 37 işçi müxtəlif medallarla təltif olunmuş, 82 əməkdaşa rütbələr verilmiş, 20 işçi intizam məsuliyyətinə cəlb edilmişdir.

Hərbi Prokurorluğun maddi-texniki vasitələrlə, xidməti bina, nəqliyyat və rabitə vasitələri, habelə başqa növ təminatlarla təchiz edilməsi üçün müvafiq işlər görülmüşdür.

Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Respublika Hərbi Prokurorunun müavinləri, ədliyyə general-mayoru Şəfahət İmranov və ədliyyə general-mayoru Rasim Kazımov,  şöbə rəisləri Mahir Əhmədov, Aydın Ələsgərov, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru Yaşar Həsənov, Gəncə hərbi prokuroru  Əmrah Mehtiyev, Qazax hərbi prokuroru Şahin Zamanov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışmış, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat vermişlər.

Kollegiya iclasında həmçinin ərazi hərbi prokurorluqlarında keçirilən əməliyyat müşavirələrinin nəticələri hərtərəfli müzakirə olunmuş, tabe prokurorluqların əməkdaşları tərəfindən qaldırılan və işin səmərəliliyinin artırılması baxımından həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş, əlaqədar struktur qurumlarına konkret göstərişlər verilmişdir.

Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiyaya yekun vuraraq demişdir ki, hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 1 fevral.- S.4.