Dövlət Gömrük
Komitəsinin sədri Xırdalan şəhərində vətəndaşları
qəbul etmişdir
Dövlət başçısı İlham Əliyevin müvafiq göstəriş və tövsiyələrinə, vətəndaşların yerlərdə qəbulu üzrə təsdiq edilmiş cədvələ uyğun olaraq yanvarın 31-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Xırdalan şəhərində vətəndaşları qəbul etmişdir.
Abşeron rayonunun Xırdalan şəhəri üzrə icra nümayəndəliyində keçirilən qəbulda Abşeron, Xızı və Qobustan rayonlarından olan vətəndaşlar iştirak etmişlər. Vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə DGK sədrinin qəbuluna qeydiyyat əvvəlcədən aparılmışdır. Komitəyə tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müxtəlif xarakterli müraciətlərinə baxılmış, sakinlərin gömrük prosesinin təkmilləşdirilməsi istiqamətində müraciətləri, onların şikayət və tövsiyələri dinlənilmişdir.
Müraciətlərin
bir qismi elə yerindəcə həllini tapmış, komitənin
səlahiyyətlərinə aid olmayan müraciətlər isə
müvafiq qurumlara çatdırılmaq üçün
qeydiyyata alınmışdır.
AzərTAc
Azərbaycan.-2014.- 1 fevral.- S.6.