Fövqəladə
hallar naziri Göygöl şəhərində vətəndaşları
qəbul etmişdir
Yanvarın 31-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Göygöl şəhərində Gəncə şəhərinin, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən və Samux rayonlarının sakinlərinin qəbulunu keçirmişdir.
Fövqəladə
Hallar Nazirliyindən AzərTAc-a bildirmişlər ki, nazir tərəfindən
qəbul edilən 32 vətəndaşın müraciətlərinin
bir çoxu yerindəcə həllini tapmış, bir
sıra məsələlərlə bağlı qanunvericiliyə
uyğun dərhal zəruri tədbirlərin görülməsi
barədə aidiyyəti strukturların rəhbərlərinə
tapşırıqlar verilmişdir.
Bundan
əlavə, kadr məsələləri ilə bağlı
280, digər məsələlərlə əlaqədar
müraciət edən 145 vətəndaş nazirliyin
müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən
qəbul olunmuşdur.
Azərbaycan.-2014.- 1 fevral.- S.6.