Bakıda görkəmli
bəstəkar Qara Qarayevin abidəsi
açılmışdır
Azərbaycan Prezidenti İlham
Əliyev mərasimdə iştirak etmişdir
Qara
Qarayevin tələbəsi, xalq artisti, bəstəkar Arif MƏLİKOV
çıxış edərək dedi:
- Əziz və hörmətli Prezident!
Əziz və hörmətli mərasim iştirakçıları!
Mən deyə bilərəm ki, bu gün tarixi bir gün yaşayırıq. Mən Qara Qarayevin millət tərəfindən tanınmasına heç vaxt şübhə etməmişəm. Amma bu heykəl onun daha yaxından tanınmasına, əsərlərinin səslənməsinə öz təsirini göstərəcəkdir. Bilirsiniz, hərdən daş da səs çıxarır. Bu daşa baxan insanlar Qara Qarayevin musiqisini eşidəcəklər. Bayaqdan baxıram, əvvəl elə bildim ki, burada notlar dekor formasında yazılıb. Amma sonra gördüm ki, çox böyük peşəkar səviyyədə yazılmışdır. Vaxt olanda biz musiqiçilər gəlib əvvəldən axıra qədər oxuyacağıq. Musiqini bilməyənlərdən kimsə maraqlanacaqdır. Biz də tərcümə edərik ki, burada nələr yazılıb.
Qara Qarayev
dahi bəstəkar olmaqla
yanaşı, böyük müəllim idi. Dəqiqliklə deyə bilmərəm, ola bilər, bir qədər
səhv edim, Qara Qarayevin 60-dan çox tələbəsi
olub. Onlar başqa-başqa məktəblərdə,
orkestrlərdə, xaricdə Qara Qarayevin yolunu davam etdirirlər. Mən xoşbəxtəm ki, tar sinfindən Qara Qarayevin sinfinə gəldim.
Bu gün əlimdən gələni edirəm, bu, mənim borcumdur. Çünki müəllim sözü
o qədər dəyərli, o qədər vacib, həyatda
lazım olan sözdür
ki, müəllimi olmayan
adam böyük uğur qazana bilməz.
Bütün insanların gərək
gözəl müəllimləri olsun. Fəxrlə
deyə bilərəm ki, Rimski
Korsakovdan Şostakoviçə, ondan Qara Qarayevə, ondan da bizim
nəslə gəlib çatan bu yolu gələcək
musiqiçilər də davam etdirəcəklər.
Amma bu gün
onların əllərində bir fürsət
də olacaqdır. Onlar Qara
Qarayevin xatirəsinə ehtiram
əlaməti olaraq bu
abidənin qarşısına gələrək önünə
gül qoyacaqlar.
İnanıram ki, bu qranit abidənin qarşısında bundan sonra həmişə
gül-çiçək olacaqdır. Mən hesab
edirəm ki, Azərbaycan xalqı öz böyük sənətkarına
bu hörməti edəcəkdir. Bugünkü, bundan əvvəlki,
bundan sonrakı günlərə görə
Sizə bir daha təşəkkür
edirəm. Çox sağ
olun.
Azərbaycan.-2014.- 4 fevral.- S.1.