Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
əməkdaşlarına ali
xüsusi rütbələrin verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Soltan oğlu Bağırova gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilsin.
2. Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin
Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin
rəisi Cavad Mustafa oğlu Qasımova gömrük xidməti
general-mayoru ali xüsusi rütbəsi verilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
3 fevral 2014-cü il
Azərbaycan.-2014.- 4 fevral.- S.2.