Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab Mahinda Racapaksaya

 

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə xalqınıza Azərbaycan xalqı adından şəxsən öz adımdan səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı münasibətlər inkişaf edərək dostluğumuzun möhkəmlənməsinə, əməkdaşlığımızın genişlənməsinə töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına daim əmin-amanlıq rifah diləyirəm.

Hörmətlə,

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 31 yanvar 2014-cü il

Azərbaycan.-2014.- 4 fevral.- S.2.