Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı İsfar Sarabski

 Kannda keçirilən MİDEM festivalında iştirak etmişdir

 

Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı, 2009-cu il Montrö Beynəlxalq musiqi festivalının qalibi, əməkdar artist İsfar Sarabski Kannda keçirilən MİDEM Beynəlxalq festivalında iştirak etmişdir.

Azərbaycanlı cazmenin solo konserti şəhərin məşhur "Majestic Bariere" hotelinin "Diane" salonunda təşkil olunmuşdur.

İsfar Sarabski konsertdə P.Çaykovskinin, Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, öz kompozisiyalarını da ifa etmişdir. Onun hər çıxışı caz həvəskarları tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.

Konsertdə Kann bələdiyyəsinin rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, festival iştirakçıları digər qonaqlar iştirak etmişlər.

Tamaşaçı Jilber Konstan konsertdən sonra təəssüratını AzərTAc-ın xüsusi  müxbiri ilə bölüşərək demişdir ki, Kann sakinləri Azərbaycan sözünə rast gələndə onu xəritədə axtarmağa ehtiyac duymurlar. Ötən il iyulun əvvəlində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda bir həftə davam etmiş "Azərbaycan Günləri" çərçivəsində təşkil olunan sərgilər zəngin musiqinizi  tərənnüm edən konsertlər sayəsində şəhərin sakinləri ölkənizlə yaxından tanış olmuşlar. Möhtəşəm tədbirlər, xüsusilə, iyulun 4-də ölkənizin şərəfinə təşkil edilən atəşfəşanlıq onların yaddaşında  əbədi iz buraxmışdır. Həmin gün tədbirin sonunda səsləndirilən "Azərbaycan" mahnısı hamını heyrətə salmışdır. Məhz bu səbəbdən kannlılar Azərbaycanı artıq yaxşı tanıyırlar.

Jilber Konstan demişdir: "Azərbaycan musiqisinə vurğunluq məni yenidən istedadlı gənc cazmen İsfar Sarabskinin  konsertinə gətirib çıxarmışdır. Onun klassik musiqinizi müasir cazla imrpovizə edib özünəməxsus tərzdə məharətlə ifası tamaşaçıları sözün əsl mənasında, valeh etmişdir. Onların İsfar Sarabskini dəfələrlə səhnəyə çıxmağa məcbur etmələri fikrimi bir daha təsdiqləyir.

Gənc cazmenin konserti ölkənizdə musiqi digər sahələrdə çoxlu sayda istedadlı gənclərin yetişməsindən musiqi zənginliyinizdən xəbər verir. Bir daha əmin oldum ki, Azərbaycan təkcə yeraltı yerüstü sərvətlərə deyil, həm zəngin mədəniyyətə malik bir ölkədir. Belə bir ölkədə yaşamağın özü elə xoşbəxtlikdir".

Konsert zamanı tamaşaçılara Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap olunmuş klassik, muğam, caz pop musiqi janrlarından bəhs edən kitablar broşürlər, habelə gənc cazmenin diskləri təqdim olunmuşdur.

İsfar Sarabski çıxışından sonra yerli xarici jurnalistlərə müsahibə vermişdir.

Festivalın proqramında möhtəşəm tədbirdə iştirak edən tanınmış musiqiçilərlə yanaşı, azərbaycanlı cazmen barədə ətraflı məlumat onun fotosu yer almışdır.

Fransanın www.rivierajazzmag.com internet resursunda MİDEM Beynəlxalq musiqi festivalı haqqında yerləşdirilmiş yazıda  Braziliyanın, Koreya Respublikasının, Azərbaycanın, Malayziyanın, Avstraliyanın digər ölkələrin tanınmış cazmenlərinin konsert proqramı ilə çıxışı barədə məlumat əksini tapmışdır.

 

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Kann

Azərbaycan.-2014.- 4 fevral.- S.9.