Fransanın TV5Monde televiziya kanalında Azərbaycan haqqında veriliş yayımlanmışdır
Heydər Əliyev Fondunun Azərbaycanı Fransada yaxından tanıtmaq istiqamətində həyata
keçirdiyi tədbirlər
sayəsində ölkəmizə
maraq getdikcə daha da artır. Bunu son vaxtlar
yerli kütləvi informasiya vasitələrinin
Azərbaycanla bağlı
çoxsaylı məqalələr
dərc etməsi və verilişlər yayımlaması da təsdiqləyir.
Fransanın geniş tamaşaçı
auditoriyasına malik
TV5Monde televiziya kanalında
"Qısamüddətli səfər:
Azərbaycan" adlı
veriliş yayımlanmışdır.
Verilişin əvvəlində
zəngin tarixə malik Azərbaycanın qədim İpək Yolu üzərində yerləşməsi, Qafqazda
ən güclü və lider dövlət
olması, min illər
boyu Şərq ilə Qərb arasında körpü rolu oynaması, yeraltı sərvətlərlə,
xüsusilə, neft və təbii qazla zəngin olması barədə məlumat verilir. Televiziya verilişində Azərbaycanın
paytaxtı Bakının
özündə Şərq
və Qərb mədəniyyətlərini birləşdirdiyi,
UNESCO-nun Ümumdünya Mədəni
İrs Siyahısına
daxil olan İçərişəhərdəki Şirvanşahlar sarayının
ölkənin tarixi barədə əyani təsəvvür yaratdığı,
məşhur "Karvansaray"
restoranında qonaqlara
Azərbaycan mətbəxinin
müxtəlif çeşiddə
nümunələrinin təqdim
edildiyi diqqətə çatdırılır.
Bakının yaxınlığında yerləşən
Qobustan qayalarında əks olunan rəsmlərin Azərbaycanda
insanların ən qədim dövrlərdə
məskunlaşdığını sübut edən canlı tarix olduğu vurğulanır.
Həmçinin Azərbaycandakı palçıq
vulkanlarından və
onların əhəmiyyətindən
bəhs olunur.
Verilişdə Azərbaycanın dünyada
Odlar yurdu kimi tanındığı
tamaşaçıların diqqətinə çatdırılır,
Yanardağda daim od şölələndiyi,
buna yeraltı təbii qazın səbəb olduğu bildirilir. Həmçinin
son illər Azərbaycanda
turizm imkanlarının
artdığı, əsrarəngiz
təbiəti və gözəl mənzərəsi
ilə ölkəmizin
xarici turistləri daha çox cəlb etdiyi barədə məlumatlar verilir, dəniz səviyyəsindən 2500 metr
hündürlükdə yerləşən
Xınalıq kəndinin
özəlliklərindən söz açılır.
Ümumilikdə,
veriliş Azərbaycanı fransız
tamaşaçılarına tanıtmaq baxımından
mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan.-2014.- 4 fevral.- S.9.