«Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
"Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 2, maddə 58;
2010, ¹ 3, maddə 178, ¹ 4, maddə 276; 2011, ¹ 12, maddə 1104)
4.0.9-cu maddəsində "qeyri-hökumət təşkilatı"
sözlərindən sonra ", xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının Azərbaycan
Respublikasındakı filial və ya nümayəndəliyi"
sözləri və 6.1.5-ci maddəsində "qeyri-hökumət
təşkilatları" sözlərindən sonra ",
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri"
sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 dekabr 2013-cü il
Azərbaycan.-2014.- 5 fevral.- S.1.