Prezident İlham
Əliyev ATƏT-in Minsk qrupunun
həmsədrlərini
və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması ilə
bağlı danışıqların hazırkı vəziyyəti
və perspektivlərinə dair məsələlər ətrafında
fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.-2014.- 5 fevral.- S.1.