Azərbaycan xalqına qarşı törədilmiş
20 Yanvar və Xocalı faciələri
Bişkekdə
yayımlanan
«Manas» FM radiosunun «Dostluq körpüsü»
proqramında
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Bişkekdə yayımlanan "Manas" FM radiosunun Azərbaycan dilində efirə gedən "Dostluq körpüsü" proqramına 20 Yanvar və Xocalı faciələri ilə bağlı canlı efirdə geniş müsahibə vermişdir.
Ramiz Məşədihəsənli və Hökümə Xəlilovanın apardıqları bu proqramda Hidayət Orucov bildirmişdir ki, 20 Yanvar və Xocalı faciələri haqqında əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qanlı qırğınlardan zərər çəkən insanların ailələrinin sosial problemlərinin həlli Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.
Səfir Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizə və 20 Yanvar faciəsinin törədilməsinin səbəbləri haqqında geniş məlumat vermiş, keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov başda olmaqla soyqırımının törədilməsində əli olan şəxsləri ittiham etmiş, bu faciənin məsuliyyətini bilavasitə onların üzərinə qoymuşdur.
Hidayət Orucov Xocalı qırğını haqqında da ətraflı söhbət açmış, faciənin soyqırımı kimi tanınması istiqamətində görülən işlərdən danışmışdır. Səfir "Xocalıya ədalət!" Beynəlxalq kampaniyası haqqında da danışmışdır. Bildirmişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!" Beynəlxalq təbliğat-təşviqat kampaniyası geniş vüsət almışdır. Nəticədə Amerika Birləşmiş Ştatlarının 10-dan artıq ştatı və dünyanın bir sıra ölkələri Xocalı faciəsini soyqırımı kimi tanımışdır və bu istiqamətdə məqsədyönlü iş aparılır.
Bildirilmişdir
ki, fevralın 23-də "Manas FM" radiosunun "Dostluq
körpüsü" proqramında bununla bağlı
xüsusi verilişin hazırlanması da nəzərdə
tutulur.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Bişkek
Azərbaycan.-2014.- 5 fevral.- S.7.