YAP-ın partiyadaxili inkişafintizam komissiyasının iclası keçirilmişdir

 

Fevralın 5-də Yeni Azərbaycan Partiyası (YAP) partiyadaxili inkişafintizam komissiyasının ilk iclası keçirilmişdir.

İclasda komissiyanın 2014-cü il üçün planı müzakirəyə çıxarılmışdır.

YAP-ın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, partiyanın İdarə Heyətinin üzvü, partiyadaxili inkişafintizam komissiyasının sədri Kərim Kərimov komissiyanın 2014-cü il üçün planı haqqında ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, YAP-ın İdarə Heyətinin 2013-cü il 7 noyabr tarixli iclasının qərarı ilə bir çox sahələri əhatə edən 12 komissiya yaradılmışdır. Onlardan biripartiyadaxili inkişafintizam komissiyasıdır.

"Komissiya rayon (şəhər) təşkilatlarının fəaliyyəti barədə partiyanın mərkəzi aparatına daxil olan hesabatlarından nümunələr götürür, araşdırmalar, təhlillər, tədqiqatlar aparıb, nəticələrini icra katibliyinə təqdim edir. İldə iki dəfə komissiya partiya təşkilatlarında YAP-ın məqsəd və vəzifələri barədə Nizamnamə tələblərinə, partiya üzvlərinin hüquq və vəzifələrinin təminatına əməl edilməsinə, partiya üzvünün şərəf və ləyaqətinin qorunmasına dair araşdırmalar aparıb, nəticələrini təşkilatlarla müzakirə edəcəkdir", - deyə K.Kərimov vurğulamışdır.

Komissiya sədri qeyd etmişdir ki, müasir mərhələdə partiyadaxili inkişafın əsas şərtlərindən biri partiyaya qəbulda keyfiyyət göstəricilərinin səviyyəsinin yüksəldilməsidir. K.Kərimovun sözlərinə görə, partiyaya qəbulla əlaqədar müraciət edənlərin ideya-siyasi dünyagörüşünə, mənəvi-əxlaqi keyfiyyətinə, milli vətənpərvərlik hisslərinə, partiyanın Nizamnamə və Proqramında təsbit olunmuş prinsiplərinə uyğunluğu məsələləri daim nəzarətdə saxlanmalı, bu sahədə daha müsbət nəticə göstərən təşkilatların təcrübəsi ümumiləşdirilib yayılmalıdır.

Nəzərə çatdırılmışdır ki, komissiya partiyadaxili inkişafintizam komissiyasının prinsiplərinə dair Əsasnamə və "Partiya intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları" adlı təlimat işləyib hazırlayır. Bundan əlavə, planına uyğun olaraq komissiyanın rayon (şəhər) təşkilatlarının ilk təşkilatlarla əlaqələri və əməkdaşlığı haqqında tədqiqatlar aparır, nümunəvi təşkilatların metodlarını digər təşkilatlar arasında yayır. Həmçinin partiyanın Qadınlar Şurası və Gənclər Birliyi ilə əməkdaşlıq əlaqələri qurulacaq, onları maraqlandıran məsələlər barədə birgə tədqiqatlar aparılacaqdır.

Daha sonra iclasda komissiya üzvləri çıxış edərək planı haqqında fikir və təkliflərini bildirmişlər.

Müzakirələrin sonunda partiyadaxili inkişafintizam komissiyasının 2014-cü il üçün planı təsdiqlənmişdir.

YAP Siyasi Şurasının üzvü, partiyanın Bakı şəhəri Xəzər rayon təşkilatının sədri Namiq Əliyev partiyadaxili inkişaf və intizam komissiyası sədrinin müavini seçilmişdir.

 

Azərbaycan.-2014.- 6 fevral.- S.8.