Bolqarıstanda Azərbaycan musiqisindən ibarət konsert olmuşdur

 

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Sofiya şəhərinin "Nadejda" Mədəniyyət Mərkəzinin konsert salonunda III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, tanınmış bolqar bəstəkarı Kiril Lambovun rəhbərlik etdiyi Sofiya Simfonik Orkestrinin ifasında Azərbaycan musiqisindən ibarət konsert olmuşdur.

Konsertdən əvvəl çıxış edən Kiril Lambov Azərbaycan musiqisinin zənginliyi, rəngarəngliyi barədə məlumat verərək, bu əsərlərin rəhbərlik etdiyi simfonik orkestr tərəfindən ifa edilməsindən son dərəcə məmnunluğunu vurğulamışdır. O, ötən il oktyabrın 31-i, noyabrın 1-də keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edərkən Azərbaycanın bir çox incəsənət adamları, o cümlədən musiqiçiləri ilə ünsiyyətdə olduğunu xalqımızın musiqisi ilə daha yaxından tanış olmaq imkanı əldə etdiyini söyləmişdir. K.Lambov rəhbərlik etdiyi simfonik orkestr tərəfindən təqdim ediləcək musiqi çələnginin izləyicilərdə çox böyük təəssürat oyadacağına əminliyini bildirmişdir.

Sonra konsert proqramı təqdim edilmişdir. Konsertin proqramına dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin  əsərləri "Laçın" xalq mahnısı daxil edilmişdir.

Tədbirdə Bolqarıstanın incəsənət ictimai xadimləri, yerli KİV-in  təmsilçiləri, diplomatik korpusun beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycanın Bolqarıstandakı səfirliyinin əməkdaşları, habelə diaspor təşkilatlarımızın nümayəndələri  iştirak etmişlər. Konsertdə ifa edilən Azərbaycan musiqisi nümunələri tamaşaçılar tərəfindən böyük maraqla sürəkli alqışlarla qarşılanmışdır.

 

 

 

İqbal HACIYEV,

AzərTAc-ın xüsusi müxbiri

Buxarest

Azərbaycan.-2014.- 6 fevral.- S.10.