Azərbaycan Prezidenti İlham Əliyevin Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə görüşü olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Soçidə Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafından məmnunluq ifadə edildi, bu əlaqələrin yaxşı perspektivlərinin olduğu bildirildi. Ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 7 fevral.- S.1.