Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Qətər
Dövlətinin
Əmiri şeyx Təmim bin
Həməd Al Tani ilə
görüşmüşdür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Soçidə Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğu bildirildi, əlaqələrin dinamik inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin gücləndirilməsinin əhəmiyyəti vurğulandı.
Söhbət
zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin,
xüsusilə ticarət, sərmayə qoyuluşu, birgə
müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı
və digər sahələrdə əməkdaşlığın
genişləndirilməsi ilə bağlı fikir mübadiləsi
aparıldı.
AzərTAc
Azərbaycan.-2014.- 7 fevral.- S.1.