«Qrant haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
"Qrant haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹6, maddə 366; 2001, ¹12, maddə 736; 2002, ¹12, maddə 706; 2003, ¹1, maddə 1; 2009, ¹8, maddə 611) aşağıdakı dəyişikliklər edilsin:
1. Qanunun preambulasında "qrantların" sözündən sonra "(o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla bu qanunun 1-ci maddəsinin birinci hissəsində göstərilmiş məqsədlər üçün digər formada rəsmiləşdirilən yardımların)" sözləri əlavə edilsin;
2. 4-cü maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:
"4.
Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi,
habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin
filial və ya nümayəndəliyi olan donorlar tərəfindən
xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr
(qərarlar) qeydə alınması üçün donorlar tərəfindən
müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Azərbaycan
Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar)
qeydə alınması üçün
resipiyentlər tərəfindən müvafiq
icra hakimiyyəti orqanına təqdim olunur. Dövlət büdcəsi hesabına verilmiş qrant barədə
müvafiq məlumat qrant
müqaviləsini (qərarını) qeydə alan
orqana donor tərəfindən
təqdim olunur.".
3.
4-cü maddəyə aşağıdakı məzmunda 4-1-ci
hissə əlavə edilsin:
"4-1. Bu maddədə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı göstərilmiş tələblər qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, habelə müqavilələrin (qərarların) müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.".
4. 4-cü maddənin 5-ci hissəsinin birinci cümləsində "əməliyyatlar keçirilə" sözləri "bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 dekabr 2013-cü il
Azərbaycan.-2014.- 7 fevral.- S.2.